Məhkəmə qərarları › İş №3(022)-720/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-720/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-720/2025 11.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X14 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X2 baş məsləhətçisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 2003-cü il tarixdə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, Ş.Qurbaov küçəsində yerləşən 16 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 15 avqust 2025-ci il tarixdə faktiki idarə etdiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində formalaşan çirkab-tullantı sularını kənara təyinatsız axıtmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X10 göstərdi ki, o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X3 baş məsləhətçisi vəzifəsində çalışır. 4 saylı X4 rəisinin 11 avqust 2025-ci il tarixli sərəncamına əsasən o, iş yoldaşları ilə birlikdə, 15 avqust 2025-ci il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov 74 ünvanında fəaliyyət avtoyuma məntəqəsində reyd keçirmişdir. Aparılmış yoxlama nəticəsində Şəxs faktiki tək idarə etdiyi avtoyuma məntəqəsində formalaşan tullantı suyunu birbaşa kənara – həmin məntəqənin ətrafına axıtdığı aşkar edilmişdir. Həmin faktla bağlı onlar tərəfindən Şəxs iştirakı ilə 000826 nömrəli akt tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, həmin müəssisənin rəhbərinin kim olduğunu bilmir və Şəxs avtoyuma məntəqəsinin açarlarının onda olduğunu və həmin məntəqəni özünün işlətdiyini bildirdiyinə görə o, həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, E.F.Bədəlov Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, Ş.Qurbaov küçəsində yerləşən 16 nömrəli evdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləməsə də, qohumuna məxsus avtoyuma məntəqəsini həmn şəxsin razılığı ilə müvəqqəti olaraq işlətməyə başlamışdır və hazırki tarixədək fərdi sahibkar kimi qeydiyyatdan keçməmişdir. O, müştərilərin avtomaşınlarını yumaq üçün suyu məntəqədə tikilmiş su çənindən götürmüş və nəqliyyat vasitələri yuyulduqdan sonra formalaşan çirkab sularını isə məntəqənin arxasında qazılmış quyuya axıtmışdır. 15 avqust 2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X2 əməkdaşları onun işlətdiyi avtoyuma məntəqəsində reyd apararaq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. O, hazırda əməlindən peşmandır. Sonda, Şəxs barəsində yüngül növdə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin nümayəndəsini dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, 15 avqust 2025-ci il tarixli, 000826 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X2 11 avqust 2025-ci il tarixli sərəncamına əsasən həmin müəssisənin baş məsləhətçisi E.F.Bədəlov və Biləsuvar rayon S.M.İ.İ-nin SEDAM-n mühəndisi Elvin Əsgərzadə yerində baxış keçirilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə baxış keçirmiş və baxış zamanı avtoyuma məntəqəsində işləyən Şəxs həmin müəssisədə formalaşan çirkab-tullantı sularını kənara axıtdığı aşkar edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “X12”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təqsdiq edilmiş “X12”nın 1.2.5-ci bəndinə görə tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 1-ci maddəsinə əsasən kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar