Məhkəmə qərarları › İş №3(022)-724/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-724/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-724/2023 07.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) X2 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X7 və Şəxs 10962 manat alınaraq Zərərçəkmiş şəxs2, 2684 manat alınaraq Zərərçəkmiş şəxs3 Qafar oğluna, 4029 manat alınaraq Zərərçəkmiş şəxs4, 1617 manat alınaraq Zərərçəkmiş şəxs5, 2036 manat alınaraq Zərərçəkmiş şəxs6, 1040 manat alınaraq Zərərçəkmiş şəxs7, 4061 manat alınaraq Zərərçəkmiş şəxs8, 3300 manat alınaraq Zərərçəkmiş şəxs9, 2337 manat alınaraq Zərərçəkmiş şəxs10, 1614 manat alınaraq Zərərçəkmiş şəxs11, 2712 manat alınaraq Zərərçəkmiş şəxs12, 6360 manat alınaraq Zərərçəkmiş şəxs13 və 3700 manat alınaraq Zərərçəkmiş şəxs14 verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X7 və Şəxs 10962 manat alınaraq Zərərçəkmiş şəxs2, 2684 manat alınaraq Zərərçəkmiş şəxs3 Qafar oğluna, 4029 manat alınaraq Zərərçəkmiş şəxs4, 1617 manat alınaraq Zərərçəkmiş şəxs5, 2036 manat alınaraq Zərərçəkmiş şəxs6, 1040 manat alınaraq Zərərçəkmiş şəxs7, 4061 manat alınaraq Zərərçəkmiş şəxs8, 3300 manat alınaraq Zərərçəkmiş şəxs9, 2337 manat alınaraq Zərərçəkmiş şəxs10, 1614 manat alınaraq X3, 2712 manat alınaraq Zərərçəkmiş şəxs12, 6360 manat alınaraq Zərərçəkmiş şəxs13 və 3700 manat alınaraq Zərərçəkmiş şəxs14 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu Şəxs borcunu ödəmir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X7 və Şəxs 10962 manat alınaraq Zərərçəkmiş şəxs2, 2684 manat alınaraq Zərərçəkmiş şəxs3 Qafar oğluna, 4029 manat alınaraq Zərərçəkmiş şəxs4, 1617 manat alınaraq Zərərçəkmiş şəxs5, 2036 manat alınaraq Zərərçəkmiş şəxs6, 1040 manat alınaraq Zərərçəkmiş şəxs7, 4061 manat alınaraq Zərərçəkmiş şəxs8, 3300 manat alınaraq Zərərçəkmiş şəxs9, 2337 manat alınaraq Zərərçəkmiş şəxs10, 1614 manat alınaraq X3, 2712 manat alınaraq Zərərçəkmiş şəxs12, 6360 manat alınaraq Zərərçəkmiş şəxs13 və 3700 manat alınaraq Zərərçəkmiş şəxs14 xeyrinə ödənilməsinə dair icra sənədini icra edə bilmir. Hazırda icra sənədi üzrə borcundan ödənişlər etdiyini, lakin borcunu tam olaraq ödəməyə imkanı olmadığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-149/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X7 və Şəxs 10962 manat alınaraq Zərərçəkmiş şəxs2, 2684 manat alınaraq Zərərçəkmiş şəxs3 Qafar oğluna, 4029 manat alınaraq Zərərçəkmiş şəxs4, 1617 manat alınaraq Zərərçəkmiş şəxs5, 2036 manat alınaraq Zərərçəkmiş şəxs6, 1040 manat alınaraq Zərərçəkmiş şəxs7, 4061 manat alınaraq Zərərçəkmiş şəxs8, 3300 manat alınaraq Zərərçəkmiş şəxs9, 2337 manat alınaraq Zərərçəkmiş şəxs10, 1614 manat alınaraq X3, 2712 manat alınaraq Zərərçəkmiş şəxs12, 6360 manat alınaraq Zərərçəkmiş şəxs13 və 3700 manat alınaraq Zərərçəkmiş şəxs14 xeyrinə ödənilməlidir. İş materiallarına əsasən icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, Şəxs icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində heç bir tədbir görməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 iyul 2023-cü il tarixdən saat 16:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar