Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-737/2024 20.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 16 aprel 1984-cü il tarixdə Biləsuvar rayonu, Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 4 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli, 2(001)- 7697/14 saylı qətnaməsinə əsasən Şəxs tərəflərin birgə övladı – 24 iyun 2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay sabit pul şəkildən 110 manat müəyyən edilməklə tutularaq, X2 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 20 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli, 2(001)-7773/14 saylı qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədinə əsasən keçmiş icra məmuru X6 tərəfindən 03 fevral 2014-cu il tarixli qərarla icraata başlanılmış, lakin sonradan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli, 2(001)-7773/14 saylı qətnaməsi ilə borcludan tutulması müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli, 2(001)-7697/2014 saylı qətnaməsinə əsasən Şəxs tələbkarın xeyrinə 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən 17 noyabr 2014-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Həmin tarixdən başlayaraq, borclu aliment öhdəliyini vaxtında və qatnamədə göstərilən miqdarda icra etməmişdir. Bununla əlaqədar olaraq, borclu barəsində dəfələrlə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Şəxs barəsində 2 dəfə axtarış elan olunmuş, 2022-ci ildə polis əməkdaşları tərəfindən tutularaq, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə təqdim olunduqdan sonra təkrarən qaçıb gizləndiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib etmək mümkün olmamışdır. Buna görə də barəsində təkrarən axtarış elan olunmuşdur. Bu gün polis əməkdaşları tərəfindən tutularaq icra qurumuna təqdim olunduqdan sonra verdiyi sonuncu izahatında isə borclu hazırda işsiz olduğu üçün tələbkara olan borcunu tam şəkildə qaytara bilməyəcəyini, kirayə mənzildə qaldığını və yalnız özünəməxsus olan torpaq sahəsini satdıqdan sonra tələbkara olan aliment borcundan cəmi 2.500 manat ödəyə biləcəyini, qalan borcunu isə hər ay aliment məbləğinə əlavə olaraq 50 manat ödəməklə, ödəyə biləcəyini bildirmişdir. Hazırda həmin şəxsin 15.826 manat məbləğində tələbkara aliment borcu vardır. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclu aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 110 manat sabit pul məbləğində aliment tutulmalıdır. O, uzun müddətdir ki, işsizdir və gəlir mənbəyi yoxdur. Həmçinin o ikinci dəfə nikaha daxil olmuşdur və yeni evliliyindən 3 uşağı vardır. O, hazırda ailəsi ilə birgə kirayə mənzildə yaşayır. Maddi vəziyyəti aşağı olduğu üçün aliment öhdəliyini yerini yetirə bilməmiş və buna görə də tələbkara 15.826 manat məbləğində aliment borcu yaranmışdır. O. əməlindən peşmandır və özünəməxsus olan torpaq sahəsini satdıqdan sonra tələbkara olan aliment borcundan 2.500 manat ödəyəcəkdir, qalan borcunu isə o, hər ay aliment məbləğinə əlavə 50 amnat ödəməklə bağlayacaqdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli, 2(001)-7773/14 saylı qətnaməsinə əsasən Şəxs 24 iyun 2011-ci il tarixdə doğulmuş X3, 2013-cü ilin may ayından başlayaraq, yetkinlik yaşına çatanədək saxlanması üçün hər ay sabit pul məbləğində 93 manat alimet tutularaq, Zərərçəkmiş şəxs odənilməlisi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli, 2(001)-7697/14 saylı qətnaməsindən görünür ki, Şəxs tərəflərin birgə övladı – 24 iyun 2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay sabit pul şəkildən 110 manat müəyyən edilməklə tutularaq, X2 ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli, 2(001)-7697/14 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 17 noyabr 2014-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmanlığını və Himayəsində 4 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 20 avqust 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-737/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-737/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver