Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-746/2024 21.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1993-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 3 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 29 mart 2016-cı il tarixdə anadan olmuş X4 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşağa görə 110 manat, cəmi ayda 220 manat sabit pul məbləğində aliment və 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 21 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə 2 uşağa görə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, lakin sonradan, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsi ilə borcludan tutulması müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin 2024-cü ilin aprel ayında tələbkar icra sənədinin məhkəməyə icrasız qaytarılması haqqında ərizə ilə müraciət etdiyinə görə həmin icra sənədi “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Lakin 2024-cü ilin may ayında həmin icra sənədi tələbkraın ərizəsi əsasında yenidən icraya yönəldilmiş və Biləsuvar rayon İcra və Probasiya Şöbəsində icra sənədi üzrə yenidən icraat başlanmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarın xeyrinə cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, icra sənədinin icraatda olduğu müddətdə borclu heç bir ödəniş etməmişdir. Bununla əlaqədar Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxsə borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınmışdır. Borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Hazırda həmin şəxsin 990 manat məbləğində tələbkara aliment borcu vardır. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclu aliment borcunu sentyabr ayının 15-dək ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o və tələbkar 10 ilə yaxın evli olmuşlar, lakin sonradan ayrılmışlar. Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə ondan tələbkarın xeyrinə hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment tutulması qət edilmişdir. Həmin icra sənədi icraata yönəldilsə də, o, sonradan Zərərçəkmiş şəxs ilə barışmışdır. Onların birgə nikahından sonradan bir uşaqları da doğulmuşdur. Lakin onlar 2023-cü ildə yenidən ayrılmış və buna görə də tələbkar ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay cəmi 330 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə icraaya yönəldilmişdir, lakin sonradan o və tələbkar yenidən barışmışlar. Onlar 2024-cü ilin fevral ayında faktiki nikahlarını rəsmiləşdirmişlər. Lakin onlar təxminən 3 ay bundan əvvəl yenə də ayrılmışlar. Buna görə də Zərərçəkmiş şəxs Biləsuvar rayon Məhkəməsinin 2(022)-408/2023 saylı icra sənədinin təkrarən icraya yönəldilməsi barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Onun tələbkar Zərərçəkmiş şəxs ilə birgə nikahından olan böyük oğlu Uğur anası ilə yaşamaqdan imtina edərək, onunla birgə yaşayır. O, uzun müddətdir ki, işsizdir və gəlir mənbəyi yoxdur. Buna görə də o, aliment öhdəliyini vaxtında icra edə bilməmişdir. Hazırda onun cəmi 990 manat məbləğində tələbkara borcu vardır. O, əməlindən peşmandır və ona 15 sentyabr 2024-cü il tarixədək müddət veriləcəyi təqdirdə, Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödəyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, o və Şəxs təxminən 10 il evli olmuşlar, lakin sonradan ayrılmışlar. Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə borcludan onun xeyrinə 2 uşağa görə 180 manat aliment tutulsa da, bundan bir müddət sonra Şəxs ilə barışmışdır və onlar yenə də ərarvad qismində yaşamışlar. 2022-ci ilin dekabr ayında onların birgə nikahından bir uşaqları da doğulmuşdur. Onlar yenidən ayrıldıqlarına görə o, Şəxs qarşı aliment tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs onun xeyrinə cəmi 330 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin icra sənədi icraaya yönəldilsə də, o, 2024-cü ilin fevral ayında borclu ilə təkrarən rəsmi nikaha daxil olmuşdur. Buna görə də o, alimentə dair məhkəmə qətnaməsinin icra edilməməsi məqsədi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Lakin onlar 2024-cü ilin aprel ayında təkrarən ayrıldıqlarına görə həmin icra sənədi onun xahişi ilə təkarən icraaya yönəldilmişdir. Onun böyük oğlu hazırda borclunun yanındadır. Belə ki, Şəxs həmin uşağa müxtəlif vədlər verməklə, sonuncunu şirnikləndirir və ondan ayırmağa çalışır. O hesab edir ki, uşağı ona qaytarılmalıdır. Borclu artıq 3 aydır ki, aliment öhdəliyini icra etmir. Hazırda Şəxs ona 990 manat borcu var. O, hazırda azyaşlı uşağa baxır və buna görə də heç yerdə işləmir. Borclu isə ona heç bir kömək etmir. O hesab edir ki, əri bəhanələr gətirməklə borcunu ödəməkdən yayınır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 29 mart 2016-cı il tarixdə anadan olmuş X4 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşağa görə 110 manat, cəmi ayda 220 manat sabit pul məbləğində aliment və 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 20 may 2024cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmanlığını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 avqust 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-746/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-746/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver