Məhkəmə qərarları › İş №3(022)-753/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-753/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-753/2023 12.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayonu yol-patrul xidməti baş inspektoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 05 iyul 2023-cü il tarixdə saat 12:45 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində atasına məxsus VAZ minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşı tərəfdə hərəkətdə olan QAZ 3110 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və QAZ 3110 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil sol tərəfindən hərəktdə olmayan “Fort Tranzit” mikro avtobus markalı **- LC-*** nömrə nişanlı avtomobilə dəymişdir və nəticədə zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis baş leytenantı X6 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-də çalışır. Şəxs 05 iyul 2023-cü il tarixdə saat 12:45 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində atasına məxsus VAZ minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan QAZ 3110 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil ilə arxadan toqquşmuş və sol tərəfindən hərəktdə olmayan “Fort Tranzit” mikro avtobus markalı **-LC-*** nömrə nişanlı avtomobilə dəymişdir və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirdi. Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, “Fort Tranzit” markalı **-LC-*** nömrə nişanlı avtomobili idarə etmişdir. 05 iyul 2023-cü il tarixdə saat 12:45 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində işıqporun qırmızı işı yandığı üçün dayanmışdır. Bu vaxt sağ tərəfdən yol ayrıcından QAZ 3110 markalı **- BE-*** dövlət nömrə nişanlı avtomobil sağa çıxarkən qarşıdan gələn VAZ 2107 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü işıqporun qırmızı işığında hərəkət edən maşınla doqquşmüşdür. Onun idarə etdiyi avtomaşın “Fort Tranzit” mikro avtobus markalı **-LC-*** nömrə nişanlı avtomobilə dəymişdir və nəticədə ona maddi ziyan vurmuşdur. Ona ziyan dəymiş və hazırkı vaxta kimi həmin ziyan ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 05 iyul 2023-cü il tarixli 715 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan 05 iyul 2023-cü il tarixli 713 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində X1 hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan "xxxx" ASC avtotəmir müəssisəsinin 07 iyul 2023-cü il tarixli ziyan Aktına əsasən X4 məxsus “Fort Tranzit” **-LC-*** nömrə markalı buraxılış ili 1995-ci il tarixli avtomobilə cəmi 960 (doqquz yüz altımış) manat dəyərində maddi zərər dəymişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar onun əməlindən səmimi peşman olması, ailədə yeganə qazanc gətirən olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə yoxdur. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin bütün hallarını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar