Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-755/2023 26.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ünvanı Bakı şəhəri Nərimanov rayonu Rafiq Hacıyev döngə 1, ev 13, mənzil 41 olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 7 iyun 2023-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölmədə İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “SCANİA” markalı 39AA241/39AA242 qeydiyyat nişanlı yük avtomobili ilə gələn İran İslam Respublikası vətəndaşı X2 gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmış, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobildə bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük nəzarəti məqsədi ilə İran İslam Respublikası vətəndaşı X1 idarə etdiyi “SCANİA” markalı 39AA241/39AA242 qeydiyyat nişanlı yük avtomobili rentgen yoxlamasından keçməsi üçün “HCVG” markalı stasionar rentgen qurğusuna göndərilmişdir. Rentgen yoxlaması zamanı İran İslam Respublikası vətəndaşı X1 idarə etdiyi “SCANİA” markalı 39AA241/39AA242 qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin arxa tessəsində şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda öz əksini tapmışdır. Bundan sonra yük avtomobili təkrar yoxlamaya cəlb edilmişdir. Yoxlama zamanı idxalatçı Şəxs MMC-nin hüquqi ünvanına 39AA421/39AA242 qeydiyyat nişanlı nəqliyyat vasitəsində daxil olmuş yüklərin 012421 saylı CMR-də, xx.xx.2023-cü il tarixli 06 nömrəli invoysda və xx.xx.2023-cü il tarixli, **********5762 nömrəli qısa idxal bəyannaməsində qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “SCANİA” markalı, 39AA241/39AA242 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 012421 saylı CMR-də, xx.xx.2023-cü il tarixli, 06 nömrəli invoysda və xx.xx.2023-cü il tarixli, **********5762 nömrəli qısa idxal bəyannaməsində qeyd edilmiş “biskivit”, “tərkibində karamel olan konfet”, “xiyar turşusu”, “şokolad”, “şoko krem”, “bubble saqqız” yüklərindən əlavə sənədlərdə qeyd edilməyərək gömrük nəzarətinə bəyan edilməyən 5 ədəd 190 sm x 65sm ölçüdə “malların qoyulması üçün nəzərdə tutulmuş metaldan hazırlanmış vitrin” aşkar edilmişdir.Qeyd olunan faktla bağlı 10 iyun 2023-cü il tarixdə Biləsuvar Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 482.1.-ci maddəsi ilə 01200-00016/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da, Şəxs MMC tərəfindən İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən inzibati xəta törətməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli № 01200-00016/23 saylı rəyinə əsasən ekspertiza təqdiqatına təqdim edilmiş nümunəyə əsasən 1 ədəd 190 sm x 65sm ölçüdə metaldan hazırlanmış vitrinin 7 iyun 2023-cü il tarixə orta bazar qiyməti təxminən 40.00 manat, ümumilikdə 5 ədədi təxminən 200.00 manat müəyyən edilir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxsnə aşkar edilmiş malların dəyərinin (200.00 manat) 50 (əlli) faizi məbləğdə (100.00 manat) inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-755/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-755/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver