Məhkəmə qərarları › İş №3(022)-756/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-756/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-756/2023 21.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ünvanı Cəlilabad şəhəri 8 mart, ev 09, mənzil yox olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 17 iyun 2023-cü il tarixdə Biləsuvar Gömrük idarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına 73AA295/73AA296 qeydiyyat nişanlı nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli **********3892 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı idxalatçı "xxxx" MMC tərəfindən təqdim edilən yükə dair sənədlər, o cümlədən xx.xx.2023-cü il tarixli **********3892 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmış və bu zaman xx.xx.2023-cü il tarixli **********3892 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Belə ki, “ağ rəngli parça” yükünün 186440.67m2 artıq yük olduğu müəyyən edilmişdir.Qeyd olunan faktla bağlı 20 iyun 2023cü il tarixdə Biləsuvar Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-nin 482.2.-ci maddəsi ilə 01200-00032/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da, "xxxx" MMC tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən inzibati xəta törətməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli № 01200-00032/23 saylı rəyinə əsasən ekspertiza təqdiqatına təqdim edilmiş nümunə əsasında ağ rəngli parça yükünün 1 m2-nin 17 iyun 2023-cü il tarixə orta bazar qiyməti təxminən 1.70 manat, 580 m2-İ ümumilikdə təxminən 986.00 (580 m2 x 1.70) manat müəyyən edilir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə "xxxx" MMC tərəfindən İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin barəsində İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aşkar edilmiş malların dəyərinin (986.00 manat) qırx faizi məbləğdə (394.4 manat) inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar