Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-768/2025 09.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Sövlət Su ehtiyatları X8 İstifadəsinə və X3 Xidməti 4 saylı X1 baş məsləhətçisi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Biləsuvar rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mehtiyev X4 rayonu, Çinarlı kəndi ərazisində 27 avqust 2025-ci il tarixdə K-1-3-1-A kollektorundan nasos vasitəsilə öz əkin sahələrinə su vuraraq, su təhcizat qurğularının və avadanlıqlarının istismar qaydalarını pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində 4 saylı X1 müfəttişi Nümayəndə2 Bəyimkişi oğlu tərəfindən 27 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Azərbaycan Sövlət Su ehtiyatları X8 İstifadəsinə və X3 Xidməti 4 saylı X1 nümayəndəsi qeyd etmişdir ki, Mehtiyev X4 rayonu, Çinarlı kəndi ərazisində 27 avqust 2025-ci il tarixdə K-1-3-1-A kollektorundan nasos vasitəsilə öz əkin sahələrinə su vurmuş, onun bu hərəkəti su təhcizat qurğularının və avadanlıqlarının istismar qaydalarının pozulmasına səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində 4 saylı X2 tərəfindən protokol tərtib olunaraq aidiyyatı üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Nümayəndə1 inzibati xəta törətmiş şəxs barəsində protokolun təmin olunaraq cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs qeyd etdi ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilir. O, mülkiyyətində olan əkin pay torpaq sahəsində pambıq bitkisi əkmişdir. Həmin əkinin dəfələrlə suvarılması üçün suvarma idarəsinə müraciət etsə də, əkinini suvarmaq üçün su versələr də Aranlı-Çinarlı kəndinin icra nümayəndəsinin imkan vermədiyini qeyd etmişdir. 15 hektara yaxın yerlərini suvarır. Hadisə qeyd edildiyi kimi olmuşdur. O, dəfələrlə şirin su ilə bağlı səlahiyyətli idarələrə qeyri-rəsmi müraciət etsə də, onun müraciətinə müsbət cavab verilməmişdir. Əməlindən peşmandır. Əvvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilməyib. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Sövlət Su ehtiyatları X8 İstifadəsinə və X3 Xidməti 4 saylı X2 tərəfindən tərtib olunmuş 27 avqust 2025-ci il tarixli, 000839 nömrəli aktdan görünür ki, 4 saylı X1 25 avqust 2025-ci il tarixli 21 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Biləsuvar rayonu ərazisində həyata keçirilən nəzarət tədbirləri zamanı, rayonun Çinarlı kəndi ərazisində koordinatı 39.501217 48.586493 olan nöqtədə kollektor drenaj sistemində nəql olunası suyun nasos vasitəsilə təsərrüfatlar arası kanala yönəldilməsi müəyyən olunmuşdur. Araşdırma zərurəti ilə əlaqədar X10 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi Kərəm Bayramov əraziyə dəvət olunmuş və yerində keçirilən baxış zamanı X5 İstismarı İdarəsinin xidmət sahəsinə aid olan K-1-3-1-A kollektorunda nəql olunası suyun, eyni zamanda B-3 suvarma kanalından suvarma suyunun nasoslar vasitəsilə təsərrüfatlararası kanala ötürülməsi faktı aşkar olunmuşdur. Faktla bağlı aparılan araşdırma zamanı suyun Biləsuvar rayon Çinarlı kənd sakini Şəxs əkin sahələrinə yönəltməsi müəyyən olunmuşdur. Faktla bağlı Şəxs mülkiyyətində olan əkin torpaqlarının suvarılması üçün X10 Sistemlərinin istismarı İdarəsinə və yerli sudan istifadə edənlər Birliyinə müraciət etdiyini , lakin ona suvarma suyu verilmədiyi üçün K-1-3-1-A kollektorunda olan sudan suvarma məqsədilə nasos vasitəsilə istifadə etdiyinə dair yazılı izahat vermişdir. Keçirilən baxış zamanı B-2 suvarma kanalında olan suyun səviyyəsinin aşağı olduğu müəyyən olunmuşdur. Şəxs su qanunvericiliyin tələbləri izah olunaraq Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri bildirilmişdir. Müvafiq akta Şəxs şəxsiyyət vəsiqəsinin surəti, yazılı izahatı və fotoşəkilləri əlavə olunmuşdur. 27 avqust 2025-ci il tarixli, 30 nömrəli “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqlnda” protokolun surətindən görünür ki, böyük məsləhətçi Nümayəndə2 iş üzrə icraat aparılan Şəxs barəsində 27 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 27 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. 27 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadın surətindən görünür ki, fiziki şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iş materilarına əlavə olunmuş CD diskə baxış keçirilən zaman Şəxs adı qeyd olunan kollektordan özünün quraşdırdığı nasos vasitəsilə əkin sahələrini suladığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, həm məhkəmə icraatı zamanı tərəflərin izahatı, həm də iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Mehtiyev X4 rayonu, Çinarlı kəndi ərazisində K-1-3-1-A kollektorundan nasos vasitəsilə öz əkin sahələrinə su vurmuş, onun bu hərəkəti su təhcizat qurğularının və avadanlıqlarının istismar qaydalarının pozulmasına səbəb olmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-768/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-768/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver