Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-769/2024 12.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nörəli 22 avqust 2024-cü il il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, 14 aprel 2024-cü il tarixdə Ağayev X1 şəhəri, Təzə məhəllə adlanan Süd zavodunun arxasında yerləşən Zərərçəkmiş şəxs məxsus balıqçılıq təsərrüfatında avadanlıqları qəsdən qıraraq maddi ziyan vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: İnzibati xətalara baxılması ilə bağlı ilkin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öncə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd edilən hərəkətlərin onun tərəfindən edilməməsi barədə izahat versə də, sonradan naqilləri kəsdiyini, eləcə də balıqların saxlanması üçün nəzərdə tutulan gölün normal işləməsini təmin edən su kanalının işlək vəziyyətdə saxlanılması vasitəsi olan sayğacın klapanı bağladığını nəticədə sözügedən gölə suyun vurulmasını dayandırdığını bildirmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ona məxsus olan balıqçılıq təsərrüfatında plastik su borularını və elektrik naqillərini qəsdən qıraraq maddi ziyan vurmuşdur. Məhkəmədən Şəxs barəsində qanunun tələb etdiyi bütün tədbirlərin görülməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Şahid Biləsuvar rayonu, Çaylı kəndində yaşayan Şahid2 izahatında Şəxs tanıdığını, orada işlədiyi zaman Şəhriyarın əlində balta ilə su borularını və kabelləri doğradığını görmüşdür və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdiyini bildirmişdir. Şahid Biləsuvar şəhəri, B.Abbasov küçəsində yaşayan Şahid3 izahatında hadisə yerinə getdiyi zaman Şəxs onun üstünə hücum çəkdiyini və hədə-qorxu gəldiyini bildirmişdi. Şahid Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayan Şahid1 Xanhüseyn oğlu sözügedən hadisənin olduğu balıq gölü yerləşən sahədə gözətçi işlədiyini və axşamüstü Şəxs plastik su borularını və elektrik naqillərini doğradığını gördüyünü bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Polis X2 müstəntiqi, baş polis leytenantı X4 tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən X3 barəsində yoplanmış material üzrə şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X5 tərəfindən 22 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanın törədilməsi barədə müvafiq olaraq MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair 05 iyun 2024-cü il tarixli, 19/377 saylı ekspert rəyinə əsasən, təqdim edilmiş nümunə əsasında malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 848 (səkkiz yüz qırx səkkiz) manat müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi, şahidləri dinləyib, işdə olan ekspert rəyi və digər materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, vurulmuş ziyanın iki misli, yəni 1696 (min altı yüz doxsan altı) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-769/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-769/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver