Məhkəmə qərarları › İş №3(022)-770/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-770/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-770/2024 12.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, barəsində il ərzində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı 199695 nömrəli, 09 avqust 2024-cü il il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, 06 iyul 2024-cü il tarixdə saat 21.10 radələrində Şəxs qohumu Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə daşla vurmaqla 445 manat bəbləğində maddi ziyan vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs Əflatun oğlu onun bacısı oğludur. 06 iyul 2024-cü il tarixdə evlərinin önündən Zərərçəkmiş şəxs avtomobillə keçərkən, avtomobili saxlamış, əlində olan ağacla onun üzərinə gəlmişdir. Sonra aralarında mübahisə baş vermiş, ətrafdakı insanlar onları sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs avtomobilə oturub gedəndə M.Qəhrəmanlı yerdən daş parçası götürüb avtomobilin istiqamətində atmışdır. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışdığını bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayon Polis X1 təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən Şəxs barəsində toplanmış material üzrə şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Biləsuvar Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən 21 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xətanın törədilməsi barədə müvafiq olaraq MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. 08 iyul 2024-cü il tarixli ziyan aktına əsasən Biləsuvar “Avtonəqliyyat”-ın rəngsazıdəmirçi ustası X4 tərəfindən müəyyən olunmuşdur ki, Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs məxsus buraxılış ili 1991, “Mersedes Benz 190” minik avtomobili 90RA190 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın miqdarı 445 ( dörd yüz qırx beş) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, vurulmuş ziyanın bir misli, yəni 445 (dörd yüz qırx beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar