Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-773/2023 17.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X12 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X6 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olan və İsmətli kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 15 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində Biləsuvar rayonu İsmətli kəndinin mərkəzində yerləşən Çingiz adlı şəxsə məxsus çayxananın qarşısında ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X6 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 rədlərində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis serjantı X10, polis nəfəri polis serjantı X14 və Səmədabad PB-nin sürücüsü polis nəfəri, polis serjantı X8 ilə birlikdə xidməti ərazidə xidmət apararkən Biləsuvar rayonu İsmətli kəndinin mərkəzində yerləşən Çingiz adlı şəxsə məxsus çayxananın qarşısından keçərkən təxminən 20-25 nəfər kənd sakinlərinin toplaşdığını görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlardan biri sərxoş vəziyyətdə ucadan nalayıq sözüş söydüyü üçün polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O isə öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalayıq söyüşlər söyərək təhqir etmiş və həmin yerdən qaçaraq uzağlaşmış, həmin yerdən təxminən 300 metir aralıda yenidən küçədə ünvansız söyüşlər söydüyü üçün, polis əməkdaşları ona yaxınlaşıb onu təkrarən nizam-intizama dəvət etmişlər. O isə onların qanuni tələblərinə məhəl qoymayaraq polis əməkdaşlarına müqavimət göstərmişdir. Həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhfil vermişlər və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon İsmətli kənd sakini 1995-cü il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə ad günündə yeyib içmiş, Biləsuvar rayonu İsmətli kəndinin mərkəzində yerləşən Çingiz adlı şəxsə məxsus çayxananın qarşısında kənd sakinlərinə qarşı nəlayiq küçə söyüşləri işlətmişdir. Həmin vaxt onun bu hərəkətlərini görən polis işçiləri ona yaxınlaşmış, onu nizam intizama təklif etmiş o, həmin vaxt sərxoş olduğu üçün bərk əsəbləşmiş, ona görə də polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi və sərxoş olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X3 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 23:00 rədlərində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis serjantı X14 və Səmədabad PB-nin sürücüsü polis nəfəri, polis serjantı X8 ilə birlikdə xidməti ərazidə xidmət apararkən Biləsuvar rayonu İsmətli kəndinin mərkəzində yerləşən Çingiz adlı şəxsə məxsus çayxananın qarşısından bir neçə nəfər şəxs toplaşdığı üçün onlara yaxınlaşmış və həmin şəxslərin içərsində bir nəfər şəxs nəlayiq söyüşlər söydüyü üçün həmin şəxsə yaxınlaşaraq, özünü təqdim etdikdən sonra həmin şəxsə etdiyi qayda pozuntusunu izah etmişdir. Həmin şəxs oradan təxminən 200-300 metir uzaqlaşmış və küçə söyüşləri söyməyə davam etmişdir. Ona yaxınlaşaraq həmin şəxsi nizam-intizama dəvət etsələr də o, eyni hərəkətləri davam etdirmiş və ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirib NH-nə təhvil vermişlər. Şahid X2 İsmayıl Davud oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 16 iyul 2023-cü il tarixli AZA N 020187 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 iyul 2023-cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuş və 17 iyul 2023-cü il tarixdə saat 14:00-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə X5 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(022)-773/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-773/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver