Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-781/2023 31.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3 məsləhətçi (iclas katibi) X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 iştirakı ilə xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Aşağı-Cürəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-ü il tarixdə Biləsuvar rayonu Aşağı-Cürəli kəndində qumar oynu oynamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə Biləsuvar Rayon Polis X2 Şöbəsinin polis sahə rəisi X8 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 19 iyul 2023-cü il tarixdə saat 00:30 radələrində yaşadıqları Biləsuvar rayonu Aşağı-Cürəli kəndində yerləşən köhnə məktəbin arxa hissəsində həmkəndliləri X5 və X7 ilə birlikdə qumar oynayan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onları polis şöbəsinə dəvət etmişlər. İnzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X8 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində RPŞ-nin İTB-nin sahə polis nəfəri Əli Hüseynzadə, İTB-nin sahə polis nəfəri Əmrah Əmirov, İTB-nin sahə polis nəfəri Süphan Gözəlov ilə birlikdə Biləsuvar rayonu Aşağı-Cürəli kəndində xidmətdə olarkən kənd orta məktəbinin yaxınlığında 4 nəfər şəxsin oturduqlarını görmüşlər.Həmin şəxslərin şübhəli davranışlarına görə onlara yaxınlaşıb özlərini təqdim etmişlər.Bu zaman həmin şəxslərin qarşısında oyun kartları ilə qumar oyunu oynamalarını görmüşlər.Onları RPŞ-nə dəvət edən zaman onlardan biri həmin yerdən qaçaraq uzaqlaşmış, qalan 3 nəfəri isə gətirərək Biləsuvar RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İnzibati materiala əlavə edilmiş Biləsuvar Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X4 19 iyul 2023-cü il tarixli MN № ******* saylı Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Şəxs, X7 və X5 ilə birlikdə qumar oynayarkən Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək və toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İXM-in 525-ci maddəsinə görə qumar oyununda iştirak etmə, yəni qumar oynamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 3000 (üç min) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Biləsuvar Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 3(022)-781/2023 qərarı ilə iş üzrə maddi sübut kimi Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan oyun kartları və 9 (doqquz) manat 80 (səksən) qəpik məbləğdə pul vəsaitinin müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(022)-781/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-781/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver