Məhkəmə qərarları › İş №3(022)-783/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-783/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-783/2023 21.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: 27 may 2023-cü il tarixdə saat təxminən 07 radələrində Şəxs Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində idarə etdiyi NAZLİFAN LF7132/2- 320 markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İmişli rayonu istiqamətində hərəkətdı olan zaman avtomobili yolun sol tərəfində olan şor kanalına aşırmış, nəticədə Şəxs və avtomobildə olan sərnişinlər X6 və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsartləri almışlar. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis baş leytenantı X7 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-də çalışır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində Lənkəran şəhəri, Şilavar kənd sakinləri Şəxs həmin tarixdə "başın, döş qəfəsinin səthi travması, alında sıyrıq", X3 “alın, sifət nahiyəsinin sağ çiyinin səthi travması” və Zərərçəkmiş şəxs “kürək, boyun nahiyəsinin səthi geniş qançırı” diaqnozu ilə Biləsuvar RMX-na müraciət etmələri barədə telefon məlumatları RPŞ-nə daxil olmuşdur. Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Şəxs idarə etdiyi NAZLİFAN LF7132\2-320 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar- Bəhrəmtəpə yolununda Səmədabad kəndi ərazisində İmişli rayonu istiqamətində hərəkətdə olan zaman avtomobili yolun sol tərəfində olan şor kanalına aşırdığı hadisə yerinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, özünə məxsus olan “NAZLİFAN LF71132\2- 320’ markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 27 may 2023-cü il tarixdə saat 03 radələrində o, özünə məxsus “NAZLİFAN LF71132\2-320” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Fəda Nəsirov və Zərərçəkmiş şəxslə birlikdə balıq tutmaq üçün Biləsuvar şəhərinə getmək qərarına gəlmişlər və həmin vaxtda yola çıxdmışılar. Təxminən 1-2 saat sonra Biləsuvar şəhərinə çatmış və Biləsuvar-Bəhrəmtəpə yolunda İmişli rayonu istiqamətində hərəkətə başlamışlar. Biləsuvar rayonu Arazbarı kəndinə gedən zaman Səmədabad kəndi ərazisində onun əks tərəfindən gələn yük avtomobilin led işıqları onun gözünü qamaşdırmışdır. Buna görə də avtomobil keçib getdikdən sonra o, ətrafı görməmiş və buna görə də avtomobili sola tərəfə döndərmişdir. Nəticədə idarə etməni itirmiş və yolun sol tərəfində olan şor kanala avtomobili aşırmışdır. Hadisə zamanı o və avtomobildə olan digər şəxslər müxtəlif bədən xəsarətləri almış, hadisə baş verdikdən sonra öz köməklikləri ilə avtomobildən çıxmış və hadisə barədə təcili tibbi yardıma məlumat vermişlər.Hadisədən əvvəl spirtli içki qəbul etməmiş və idarə etdiyi avtomobili saatda 70-80 km sürətlə idarə etmişdir.Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqramma ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 27 may 2023-cü il tarixli 465 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin № 529 saylı ekspert rəyindən görünür ki, X4 alının sol yarısında sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin № 530 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə-boyun nahiyyəsinin 2-ci dərəcli termiki yanığı, kürək nahiyyəsinin qançır və sıyrığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlərdən ənsə-boyun nahiyəsinin 2-ci dərəcəli termiki yanığı yüksək hərarətin-ola bilər ki, qaynar mayenin, sıyrıq isə bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin № 531 saylı ekspert rəyindən görünür ki, Şəxs alın nahiyəsində sıyrıq və sağ tərəfli İV-cü qabırğanın sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar