Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-8/2024 03.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Biləsuvar rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 02 yanvar 2024-cü ıl tarixdə saat 23 radələndə Biləsuvar RPŞ-nm PPXB-nın polis nəfəri polis kiçik serjantı X6 şəhəri Nizamı küçəsində xidmətdə olan zaman 4 nəfər şəxsin toplaşdığını, həmin şəxslərdən birinin mübahisə etməsi nəticəsində polisin həmin şəxslərə yaxınlaşaraq həmin şəxsi nizam-intizama dəvət etmiş, bu zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 göstərmişdir ki, 02 yanvar 2024-cü ıl tarixdə saat 23 radələrində Biləsuvar RPŞ-nin PPXB-nın polis nəfəri polis kiçik serjantı X6 şəhəri Nizamı küçəsində xidmətdə olan zaman 4 nəfər şəxsin toplaşdığını, həmin şəxslərdən birinin mübahisə etməsini görmüş və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ucadan qışqırmağa başlamış, həmin şəxs sərxoş halda təhqiramiz hədələr işlədərək əl-qol hərərkətləri etməyə başlamışdır. Bu zaman onlar həmin şəxsi tabesızlik eldiyi uçun məcburi şəkildə avtopatrula əyləşdirmək istədikdə qaçmağa çalışmışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları ilə kobud danışmış və onların qanunu tələblərinə məhəl qoymadığı üçün onu Biləsuvar RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə həmin şəxsin Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan xx xxxx 1993-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olmuşdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, 02 yanvar 2024-cü ıl tarixdə saat 23 radələnndə Biləsuvar şəhəri Nizami küçəsində bərbərin yanına gəlmiş və orada qapını döyməyə başlamış və bu zaman ona irad bildirərək qapını döyməməsi irad bildirilmiş o, həmin şəxslə ucadan danışdığı üçün həmin ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizama dəvət etmişlər. Bu zaman o, polisin qanuni tələbinə tabe olmayaraq ucadan qışqırmağa başlamış, həmin vaxt sərxoş halda təhqiramiz hədələr işlədərək əl-qol hərərkətləri etməyə başlamışdır. Bu zaman polis əməkdaşları onu tabesızlik eldiyi uçun məcburi şəkildə avtopatrula əyləşdirmək istədikdə o, qaçmağa çalışmış və onların qanunu tələblərinə məhəl qoymadığı üçün onu RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X3 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. 02 yanvar 2024-cü ıl tarixdə saat 23 radələnndə o, Biləsuvar şəhəri Nizamı küçəsində xidmətdə olan zaman 4 nəfər şəxsin toplaşdığını, həmin şəxslərdən birinin mübahisə etməsini görmüş və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmişlər. Bu zaman həmin şəxs onun qanuni tələbinə tabe olmayaraq ucadan qışqırmağa başlamış, həmin şəxs sərxoş halda təhqiramiz hədələr işlədərək əl-qol hərərkətləri etməyə başlamışdır. Bu zaman onlar həmin şəxsi tabesızlik etdiyi uçun məcburi şəkildə avtopatrula əyləşdirmək istədikdə qaçmağa çalışmış, bundan sonra həmin şəxs polis əməkdaşları ilə kobud danışmış və onların qanunu tələblərinə məhəl qoymadığı üçün onu Biləsuvar RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İşdə olan 02 yanvar 2024-cü il tarixli AZA N 020142 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 02 yanvar 2024-cü il tarixdə saat 23:25-də inzibati qaydada tutulmuş və 03 yanvar 2024-cü il tarixdə saat 16:00-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 02 yanvar 2024cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-8/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-8/2024
03.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver