Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-802/2024 19.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində: - 20 may 2024-cü il tarixli, EQ 21260846 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat, - 21 may 2024-cü il tarixli, EQ 21289880 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat; - 21 may 2024-cü il tarixli, EQ 21293844 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat; - 21 may 2024-cü il tarixli, EQ 21294583 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat; - 21 may 2024-cü il tarixli, EQ 21292723 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat; - 22 may 2024-cü il tarixli, EQ 21304223 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat; - 26 may 2024-cü il tarixli, EQ 21378833 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğlərində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən 28 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, 6512815, 6512837, 6512759, 6512827, 6512864, 6512896, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: Nəqliyyat vasitəsinin saxlanılması barədə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərar çıxarışlarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. İnzibati xəta haqqında İXP seriyalı, 6512815, 6512837, 6512759, 6512827, 6512864, 6512896, ******* saylı protokollardan görünür ki, Şəxs tərəfindən inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş 21 may 2024-cü il tarixli, EQ 21289880 saylı, EQ 21293844 saylı, EQ 21294583, 20 may 2024-cü il tarixli, EQ 21260846 saylı, 21 may 2024-cü il tarixli, EQ 21292723 saylı, 22 may 2024-cü il tarixli, EQ 21304223 saylı və 26 may 2024-cü il tarixli, EQ 21378833 saylı elektron qərarlar qanuni qüvvəyə mindikləri gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında 21 may 2024-cü il tarixli, EQ 21289880 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən 21 may 2024-cü il tarixdə, saat 17:01 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər, R.Behbudov küçəsi (Türk Səfirliyi) istiqamətində hərəkətdə olan zaman yol nişanınn tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 40 manat, 21 may 2024-cü il tarixli, EQ 21293844 elektron qərardan görünür ki, 21 may 2024-cü il tarixdə, saat 11:02 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı Rayonu Zığ-Hövsan yolu, A.Naximov küçəsi kəsişməsi Hövsan istiqamətində hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 10 manat, 21 may 2024-cü il tarixli, EQ 21294583 elektron qərardan görünür ki, 21 may 2024-cü il tarixdə, saat 13:53 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı Rayonu Zığ-Hövsan yolu, Hövsan Aerasiya stansiyasının yaxınlığı, Zığ istiqamətində hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat, 20 may 2024-cü il tarixli, EQ 21260846 elektron qərardan görünür ki, 20 may 2024-cü il tarixdə, saat 10:15 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,D.Aslanov küçəsi istiqamətində hərəkətdə olan zaman üfüqi nişanlanma xətlərinni tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 80 manat, 21 may 2024-cü il tarixli, EQ 21292723 elektron qərardan görünür ki, 21 may 2024-cü il tarixdə, saat 13:55 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı Rayonu, Zığ-Hövsan yolu, A.Naximov küçəsi kəsişməsi, Zığ istiqamətində hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 29 km/saat həddində aşması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat, 22 may 2024-cü il tarixli, EQ 21304223 elektron qərardan görünür ki, 22 may 2024-cü il tarixdə, saat 13:36 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədəd olan nəqliyyat vasitələri üçün zolaq) səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 40 manat və 26 may 2024-cü il tarixli, EQ 21378833 elektron qərardan görünür ki, 26 may 2024-cü il tarixdə, saat 11:27 radələrində “BMW İ7 XDRİVE 60” minik markalı, 90AZ028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, S.Vurğun küçəsi və D.Əliyeva küçəsi istiqamətində hərəkətdə olan zaman dayanma və durma qaydalarını pozması səbəbindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 20 manat məbləğlərində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə tövsif olunmuşdur, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə Şəxs barəsində çıxarılmış və qanuni qüvvəyə minmiş inzibati xəta haqqında işlər üzrə müvafiq elektron qərarlar hazıradək icra edilmədiyinə görə həmin şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 9 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-802/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-802/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver