Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-809/2023 22.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə xx.xx.1990-cı ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olan və yaşayan X3 barəsində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN № 0020164, 31 may 2023-cü il tarixli, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon İHBnin birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN №0020164 saylı 31 may 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət vermiş şəxs X7 bildirmişdir ki, Biləsuvar rayon İHB-nın birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN №0020164, 31 may 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 (üç yüz) manat qanunsuz olaraq cərimə olunmuşdur.Həmin qərarın təsdiq olunmuş surətini xx.xx.2023-cü il tarixdə almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2022-ci il olan Çıxarışa əsasən Biləsuvar şəhəri, Mübariz İbrahimov küşəsində 0,03 ha həyətyanı torpaq sahəsi tam mülkiyyətindədir. Həmin ərazidə özünə fərdi yaşayış evi tikmiş, ev yaşayış üçün tam hazır deyildir. Həyətyanı torpaq sahəsində özü üçün qaraj inşa etmişdir. Qarajın eni 3,8 metr, uzunu 4,8 metr, hündürlüyü isə 2,4 metrdir. Polis əməkdaşları 16 may 2023-cü il tarixdə həyətinə gələrək bildirmişlər ki, guya qarajı qanunsuz tikmişdir. Belə ki, o, öz şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində qaraj tikmişdir. Bu onun şəxsi avtomobilini saxlamaq üçün nəzərdə tutulmuşdur. Onlar isə bildirmişlər ki, bunun təyinatı qaraj yox, sexdir. Protokol tərtib etmişlər. Protokolu qanunsuz hesab etdiyindən imza etməkdən imtina edərək protokola qeydlərini yazmağa isə imkan verməmişlər. Həmin saxta protokol əsasında hazırkı qanunzus qərar qəbul edilmiş və həmin qərarı məhkəmədə mübahisələndirməyə zərurət yaranmışdır. Polis əməkdaşları protokol yazandan sonra Biləsuvar RİHB aparatının memarı və hüquqşünası həyətə gələrək qaraja baxış keçirib bildirmişlər ki, həyətyanı torpaq sahəsində bu ölçüdə qarajın tikintisinə icazə alınmamalıdır. Protokol əsassız tərtib olunmuşdur. Görünündüyü kimi, Azər Cəfərli qanunları saya salmır, qanunlara tabe olmaq istəmir. Əgər o, qanunlara əməl etmək istəsəydi, belə bir qanunsuz qərar qəbul etməzdi. Azər Cəfərli əsassız yerə onu inzibati məsuliyyətə cəlb etməklə səlahiyyət həddini aşmışdır. Ona əsassız yerə mənəvi əzab və iztirab vermişdir.Buna görə də hesab edir ki, onun barəsində tədbir görülməsi üçün Prezident Adminstrasiyasına məlumat verilməlidir. Gələcəkdə onun kimi günahsız insanlar məsuliyyətə cəlb edilməsin. Onun qanuna zidd hərəkətlərinin qarşısı alınmalıdır. Qərar 31 may 2023-cü il tarixdə qəbul olunsa da, qərarın surəti ona göndərilməmişdir. Dəfələrlə müraciət etdikdən sonra qərarın surətini poçtdan 21 iyul 2023-cü il tarixdə almışdır. Odur ki, Biləsuvar rayon İHB-nin birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN № ******* saylı, 31 may 2023-cü il tarixli, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul etməklə, onun qanunsuz hərəkətləri barədə Prezident Adminstrasiyasına məlumat verməsini xahiş etdi. Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 izahatında şikayətin əsassız olduğunu, ona görə də şikaytin təmin edilmədən, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN № ******* saylı 31 may 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və inzibati qərardan şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, Biləsuvar rayon İHB-nin birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN № ******* saylı 31 may 2023-cü il tarixli, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhəri M.İbrahimov küçəsində X3 xüsusi mülkiyyətinə 0.03 ha (reyestr nömrəsi **********06 olan, tam payla qeydiyyat nömrəsi **********, qeydiyyat nömrəsi xx.xx.2022 olan) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nın birinci müavini X9 tərəfindən tərtib olunmuş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* saylı 31 may 2023-cü il tarixli Qərarından görünür ki, X7 İXM-nin 395.1-ci maddəsi ilə 300 manat inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. İşin müəyyən edilmiş hallarından görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2022-ci il olan Çıxarışa əsasən Biləsuvar şəhəri, Mübariz İbrahimov küşəsində 0,03 ha həyətyanı torpaq sahəsi tam mülkiyyətindədir. Əlverdi Əliyev həmin torpaq sahəsində özü üçün avtomobil saxlanmasından ötürü eni 3,8 metr, uzunu 4,8 metr, hündürlüyü isə 2,4 metr olan qaraj inşa etdirdiyini, həmin tikintinin aparılmasına xüsusi icazənin tələb edilmədiyini, ona görə də həmin tikinti işlərinin aparılmasına müvafiq icazə almadan apardığını göstərmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin nümayənədsi X8 məhkəmə iclasında izahatında mübahisə olunan X3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2022-ci il olan Çıxarışa əsasən Biləsuvar şəhəri, Mübariz İbrahimov küşəsində 0,03 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikilinin avtomaşın təmiri sexi kimi fəaliyyət göstərməsi məqsədi ilə tikildiyini, lakin həmin tikintinin aparılmasına müvafiq icazə alınmadan aparıldığını, ona görə də X7 barəsində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli tərəfindən MN № ******* saylı 31 may 2023-cü il tarixli, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edildiyini göstərmişdir. İşin yuxarıda qeyd olunan halları belə qənaətə gəlməyə əsas verir ki, iş materialları ilə X5 məxsus həyətyanı torpaq sahəsində mübahisə olunan tikilinin təyinatı, həmin tikilinin mülkiyyətdə olan torpaq sahəsində tikilib-tikilməməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektlərinə aid olub-olmaması aydınlaşdırılmadan, habelə bu barədə tikilini aparan şəxsin izahatı alınmadan və bununla da X3 əməlində inzibati xəta tərkibinin olub-olmaması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər əsasların olması Biləsuvar Rayon İcra Hakimiyyətinin müvafiq səlahiyyətə malik şəxsələri tərəfindən kifayət qədər araşdırma aparılmaqla qərar qəbul edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Biləsuvar rayon İHB-nin birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN №0020164 saylı 31 may 2023-cü il tarixli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv edilməsinə dair X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, MN №0020164 nömrəli, 31 may 2023-cü il tarixli qərar ləğv edilməlidir. İXM-in 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. X3 barəsində Biləsuvar rayon İHB-nin birinci müavini Azər Cəfərli tərəfindən qəbul edilmiş MN № ******* saylı 31 may 2023-cü il tarixli, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ləğv edilsin, yenidən araşdırılma aparılması üçün material Biləsuvar Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-809/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-809/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver