Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-810/2023 27.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X8, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 271də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon Gömrük İdarəsinin əməkdaşlarını nəlayiq ifadələrlə təhqir edərək, idarənin iş rejimini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Bölməsinin sahə rəisi X11 göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə saat 23 radələrində icazə almadan qanunsuz olaraq Biləsuvar Gömrük İdarəsinin inzibati binasına daxil olmuş Məmmədov X7 və Təhqiqat şöbəsinin xidməti otağına daxil olaraq orada xidməti fəaliyyətlə məşğul olan əməkdaşların işinə maneçilik törətdikdə ona inzibati binanı tərk etməsi bildirərkən o, qərəzli şəkildə xidməti otaqda xidməti işlə əlaqəli vəkil qismində dəvət edilmiş X14 ilə mübahisə etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışan həmin gün idarənin növbətçisi olan X2 qarşı kobud formada etiraz bildirərək onu və onun yanında olan digər gömrük əməkdaşlarını təhqir etməyə başlamışdır. Xidməti vəzifələrini icra edən gömrük əməkdaşlarına xidməti vəzifələrini həyata keçirilməsinə ciddi şəkildə maneçilik törətmişdir.Belə ki, xidmətdə olan gömrük əməkdaşları ona qanunvericiliyinin tələblərinə riayyət etməsini izah edərkən Şəxs bundan hiddətlənərək aqressiv şəkildə daha da kobud hərəkətlər etməyə başlamışdır. Gömrük əməkdaşlarının qanuni tələblərinə qulaq asmaq istəməyən həmin şəxs öz xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarına uca səs tonu ilə insanın şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək onları təhqir etməkdə davam etmiş və bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, həmin gün xidmətdə olan idarənin növbətçisi X2 hücum çəkərək fiziki təzyiq göstərməyə başlamış, xidməti vəzifələrini həyata keçirən hakimiyyət nümayəndəsini yüksək səslə təhqir edərək hədə qorxu gəlmiş, onu zor tətbiq etmə hədəsi ilə hədələmişdir. Bundan sonra polis əməkdaşları Şəxs Biləsuvar RPŞnə gətirmişlər. Beləliklə də, Şəxs barəsində İXM-in 510-cu maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Emin adlı dostu ondan xahiş etmişdir ki, gömrük xidmətində olan problemi ilə əlaqədar ona köməklik göstərsin. Gömrük xidmətində tədqiqatçı Rövşən Şamoyev ilə görüşmüş və onunla söhbət aparan zaman ona bildirmişdir ki, dostuna bildirmişdir ki, bir saat ərzində buraxılacaq. Daha sonra yenə gömrük xidnmətinə qayıdıb Rövşən Şamoyevlə söhbət edən zaman Fədai Quliyev adlı şəxs ona “işimə mane olma, rədd ol”-kimi yüksək tonla ifadələr işlətmiş, o, da əsəbləşərək həmin şəxsə qarşı nəlayiq ifadələr işlətmişdir. Sonra özünü növbətçi kimi təqdim edən şəxs onun qolundan tutaraq nəlayiq ifadələr işlətməklə itələyərək çölə çıxmasını tələb etmişdir. O, da öz növbəsində həmin şəxsin ona qarşı işlətdiyi ifadələrə görə onun ünvanına nalayiq ifadələr işlətmiş və sonra gömrük xidmətinin inzibati binasını tərk etmişdir. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək göstərmişdir ki, Biləsuvar Gömrük İdarəsində metodoloji bölmənin rəisi vəzifəsində işləyir. 24 iyul 2023-cü il tarixdə iş saatının bitməsinə baxmayaraq, idarənin 2-ci mətrəbəsində yerləşən xidməti otağında iş yoldaşı Mirmühəmməd Mirsultanlı ilə birlikdə olarkən 1-ci mərtəbədən səs-küy gəlməsini eşitmişlər.Onlar dərhal səs-küy gələn yerə, yəni birinci mərtəbədə yerləşən təhqiqat otağının qarşısına getmişlər. Bu zaman tanımadığı bir nəfər şəxsin həmkarı Rövşən Şamoyev və Mirtahir Mirsultanovla mübahisə etdiyini və sonuncunun ünvanına nəlayiq söyüşlər söydüyünü görmüşdür. Ora çatandan sonra ona məlum olmuşdur ki, həmin şəxs təhqiqat otağında səs-küy salması səbəbindən əməkdaşlar tərəfindən təhqiqat otağından çıxarılmışdır. Onlar həmin şəxsə çatanda o, həmkarı Mirtahir Mirsultanovanın ünvanına nəlayiq söyüşlər söyürdü. O, həmin şəxsi inzibati binada olması səbəbindən nizamintizama dəvət etsə də, həmin şəxs sərxoş vəziyyətdə olduğu üçün onun və həmkarlarının iradlarına məhəl qoymurdu. Həmin şəxs bir neçə dəqiqə dəhlizdə söyüş söyərək dəhlizdən çıxmağa etiraz etsə də o, həmkarı Rövşən Şamoyevin köməkliyi ilə çətinliklə də olsa onu inzibati binadan çıxara bilmiş, daha sonra onu darvazadan çölə çıxartmışlar. Təxminən yarım saat sonra o, binanın qarşısında dayanmış həmkarlarının yanına düşmüşdür. O, həmkarları ilə inzibati binanın qarşısında baş vermiş münaqişə ilə bağlı söhbət edən zaman vəkil Habil Məmmədov ilə həmkarı vəkil Fədai Quliyev inzibati binanı tərk etmişlər. Küçədə Şəxs uca səslə nəlayiq ifadələr işlətməsini eşitmişlər. Onlar səs-küy gələn yerə çıxdıqda Şəxs cəld addımlarla Biləsuvar rayon məhkəməsinə doğru getdiyini, vəkil Fədai Quliyevin isə həmkarı Habil Məmmədovun idarə etdiyi avtomobilin yanında dayanmasını və əli ilə ağız nahiyəsini tutmasını görmüşlər. X17 yaxınlaşdıqda üst dodaq nahiyəsində qan olduğunu görmüşlər. Fədai Quliyevdən nə olduğunu soruşduqda o, Şəxs onu nəlayiq sözlərlə söyməsini və yumruqla dodaq nahiyəsindən vurduğunu bildirmişdir. Məhkəmə iclasında X1 ifadə verərək göstərmişdir ki, Biləsuvar Gömrük İdarəsində sənədlərlə təminat bölməsinin kargüzarı vəzifəsində işləyir. 24 iyul 2023-cü il tarixdə iş saatının bitməsinə baxmayaraq idarənin 2-ci mərtəbəsində yerləşən xidməti otağında iş yoldaşı Daşqın Əliyevlə birlikdə olarkən 1-ci mərtəbədən səs-küy gəlməsini eşitmişlər. Onlar dərhal səs-küy gələn yerə, yəni birinci mərtəbədə yerləşən təhqiqat otağının qarşısına getmişlər. Bu zaman bir nəfər şəxsin həmkarı Rövşən Şamoyevlə və Mirtahir Mirsultanovla mübahisə etdiyini və sonuncunun ünvanına nəlayiq söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşanda o, həmin şəxsin Biləsuvar rayon sakini Şəxs olduğunu bilmişdir. Ona məlum olmuşdur ki, Şəxs təhqiqat otağında səs-küy salması səbəbindən Mirtahir Mirsultanov və Rövşən Şamoyev tərəfindən təhqiqat otağından çıxarılmış, bu səbəbdən Şəxs otaqda mübahisə etdiyi vəkil Fədai Quliyev və onu otaqdan çıxaran həmkarı Mirtahir Mirsultanovun ünvanına söyüşlərlər söyürdü. O, Şəxs tanıdığı üçün onu sakitləşdirmək məqsədilə ona yaxınlaşıb etdiyi hərəkətlərin düzgün olmadığını və inzibati binada nəlayiq sözlər işlətməməsini bildirmişdir. Lakin Şəxs sərxoş vəziyyətdə olduğu üçün onun sözlərinə məhəl qoymayaraq onun da ünvanına söyüşlər söyməyə başlamışdır. Daha sonra isə onu vurmaq üçün onun üzərinə doğru gəldiyini görən əməkdaşlar Şəxs qarşısını kəsərək ona mane olmuşlar. Daşqın Əliyev və X18 Məmmədovu inzibati binadan çıxaramaq istəyən zaman Şəxs dəhlizdə dayanmış Mirtahir Mirsultanova da yumruq atmış, lakin sonuncu zərbədən yanındığı üçün yumruq ona dəyməmişdir. Daha sonra Daşqın Əliyev və X18 Məmmədovu çətinliklə də olsa inzibati binanın darvazasından küçəyə çıxarmışlar. Lakin Şəxs inzibati binanın darvazasına təpiklə bir neçə dəfə vuraraq darvazanı açmalarını tələb etmişdir. Onlar oradan uzaqlaşıb inzibati binaya daxil olmuş və baş vermiş hadisə barədə idarə rəhbərliyinə məruzə edərək rəhbərliyin göstərişi əsasında Şəxs qeyd edilən hərəkətləri barədə protokol tərtib etmişlər. Bundan təxminən 1 saat sonra o, həmkarları ilə inzibati binanın qarşısında baş vermiş hadisə ilə bağlı söhbət edən zaman vəkil Habil Məmmədov ilə həmkarı vəkil Fədai Quliyev onlarla sağollaşaraq inzibati binanı tərk etmişlər. Təxminən 2-3 dəqiqə sonra darvazanın küçəyə tərəf olan hissəsindən Şəxs uca səslə nəlayiq ifadələr işlətməsini eşitmişlər. Onlar səs-küy gələn yerə çıxdıqda Şəxs qaçaraq Biləsuvar rayon məhkəməsinə doğru getdiyini, vəkil Fədai Quliyevin isə həmkarı Habil Məmmədovun idarə etdiyi avtomobilin yanında dayanmasını və əli ilə ağız nahiyəsini tutmasını görmüşlər. X17 yaxınlaşdıqda üst dodaq nahiyəsində qan olduğunu görmüşlər. Fədai Quliyevdən nə olduğunu soruşduqda o onlara Şəxs onu nəlayiq sözlərlə söyməsini və yumruqla dodaq nahiyəsindən vurduğunu bildirmişdir. Məhkəmə iclasında X3 şahid qismində dindirilərək ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsi, Baş Gömrük Mühafizə Xidmətində mühafizəçi işləyir. 24 iyul 2023-cü il tarixdə günün nizam qaydasına əsasən Biləsuvar Gömrük İdarəsinin növbətçisi olmuşdur. Həmin tarixdə saat 23 radələrində növbətçi hissədə olan zaman əvvəlcədən tanıdığı Biləsuvar rayon sakini Şəxs növbətçi hissəyə yaxınlaşmışdır. Sonuncu təhqiqat şöbəsinin baş təhqiqatçısı Rövşən Şamoyevlə görüşmək istədiyini bildirmişdir. O, Şəxs Rövşən Şamoyevin dəhlizdə olmasını demişdir. Şəxs ondan uzaqlaşaraq Rövşən Şamoyevin yanına getmişdir. Bundan sonra o, növbətçi hissənin otağında xidmətinə davam etmişdir. Təxminən 20 dəqiqə sonra o, dəhlizdən səs-küy gəlməsini eşitmişdir. O, dərhal otaqdan çıxmış, bu zaman səs-küyün təhqiqatçı Xəyal Mancanovun otağından gəlməsini eşitmiş və həmin otağa doğru irəliləmişdir. O, ora çatanda baş təhqiqatçı X13 Məmmədovu sakitləşdirməyə çalışdığını görmüşdür. O, da onlara çatan kimi Şəxs əvvəlcədən tanıdığı üçün ona sakitləşməsini bildirmiş, o isə “sənin nəsil-kökünü tanıyıram, «sən Biləsuvarlı deyilsən, Biləsuvarda nə edirsən?» sözlərini deyərək ünvanına xoşagəlməz, təhqiramiz və nalayiq söyüşlər söyməyə başlamışdır. Daha sonra Şəxs üzərinə hücum çəkən zaman Rövşən Şamoyev onun qarşsını kəsmişdir. Bu zaman səsküyə 2-ci mərtəbədə xidmət aparan Daşqın Əliyev və Mirmühəmməd Mirsultanlı onların yanına gəlmişlər. Əməkdaşlar çətinliklə də olsa Şəxs inzibati binadan çıxarmış və o, xidmət etdiyi növbətçi hissənin otağına qayıtmışdır.Təxminən yarım saat sonra vəkil Fədai Quliyevlə həmkarı Habil Məmmədov yanından keçərək onunla sağollaşmış və inzibati binanın darvazasından çıxmışlar. Daha sonra sonra o da inzibati binanın həyətinə çıxmışdır. Həyətdə həmkarları ilə söhbət edən zaman darvazanın küçəyə tərəf olan hissəsindən Şəxs səsinin gəldiyini eşitmişdir. Onlar səs-küy gələn yerə çıxdıqda vəkil Fədai Quliyevin həmkarı Habil Məmmədovun idarə etdiyi avtomobilin yanında dayanmasını və əli ilə ağız nahiyəsini tutmasını görmüşlər. X17 yaxınlaşdıqda üst dodaq nahiyəsində qan olduğunu görmüşlər. Fədai Quliyevdən nə olduğunu soruşduqda o, Şəxs onu nəlayiq sözlərlə söyməsini və yumruqla dodaq nahiyəsindən vurduğunu bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 27 iyul 2023-cü il tarixdən saat 17:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(022)-810/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-810/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver