Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-815/2023 14.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 iştirakı ilə xx.xx.1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Aranlı kəndində qeydiyyatda olan və yaşayan X6 X6 barəsində polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət vermiş şəxs X9 ərizəsinə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə əmisi oğlu Yunisin idarə etdiyi ** BA *** dövlət nömrə nişanlı avtomobillə gələn zaman, özünü pis hiss etdiyindən avtomobili saxlamışdır.Əmisi oğlu Yunis hara isə getmişdir.Bu vaxt polis işçiləri gəlib onu polis şöbəsinə aparmışlar.Bu günlərdə ona məlum olub ki, onu İXM-nin 334.1-ci maddəsi ilə cərimə etmişlər.Həmin vaxt o, avtomobili idarə etməyib və buna onun fiziki imkanı da olmamışdır.Atomobili əmisi oğılu Yunis idarə edirdi.Hesab edir ki, adı çəkilən qərar qəbuk olunarkən İXM-nin 3,4,5,6,7,8 və 12-ci maddələrinin tələbləri pozulmuşdur. X1 rayon polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş polis leytenantı X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və inzibati qərardan şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair oğlu tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon YPX inspektoru, polis serjantı X2 tərtib etdiyi İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, X9 İXM-in 332.1 və 334.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, X9 İXM-in 332.1 və 334.1-ci maddəsi ilə inzibati xətanın törədilməsinə görə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şahid Biləsuvar rayon YPX inspektoru, polis serjantı X8 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində daxil olmuş şikayət əsasında Biləsuvar rayonu Amankənd kəndində Amankənd kənd sakini İmanov Anar Vəkil oğlunun həyətində Niva markall 12 BA-012 dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər şəxsin sərxoş vəziyyətdə səs-küy salaraq nalayiq ifadələr işlətməsini görmüşlər. YPXB-nin əməkdaşları tərəfindən saxlanılan zaman avtomaşını udarı edən şəxsin sərxoş olduğu müəyyən olunmuşdur.Həmin şəxslər barəsində qanuni tədbir görülməsi və araşdırılma aparılması üçün RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair oğlu tərəfindən verilmiş şikayət təmin edilməli və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və ya qəbul etdiyi qərarın mötəbərliyinə dair hər hansı sübut təqdim etməmişdir. İXM-in 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84-cü maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X6 barəsində polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair X9 tərəfindən verilmiş şikayət təmin olunsun. X6 barəsində polis leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, yenidən araşdırılma aparılması üşün material Biləsuvar rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəyaprotesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-815/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-815/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver