Məhkəmə qərarları › İş №3(022)-820/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-820/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-820/2025 18.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2025-ci il tarixdə, EP seriyalı ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, 11 avqust 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs tərəfindən 11 avqust 2025-ci il tarixli, **********8125 sorğu nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı, hüquqi şəxs Şəxs tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən 11 avqust 2025-ci il tarixli, **********8125 sorğu nömrəli gömrük bəyənnaməsində göstərilmiş göstəricilərə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı bəyan edilən 16 palet (1398,6 m2) keramikadan məlumatlar kafel yükünün 1468 m2 olduğu müəyyən edilmişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 1zil 1-dir (VÖEN **********). Nəzərə alsaq ki, Şəxs qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə, gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilməməsinə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola Biləsuvar Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,109,110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI : Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 12 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar