Məhkəmə qərarları › İş №3(022)-822/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-822/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-822/2025 18.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə hüquqi şəxs olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən 08 sentyabr 2025-ci il tarixdə, EP seriyalı ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, 28 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs tərəfindən Rusiya Federasiyasında yerləşən “Bİ-AY QRANUM” şirkətindən idxal edilmiş 98923121, 99481731, 98942782, 99473571, 95754214, 99482010, 99449647, 99474967, 95560819, 98948540, 95406377, 95558342, 95507463, 99487852, 98285406, 91104372, 95170155, 95552147, 95991378, 95520185, 95755690 və 95763454 nömrəli nişanlı vaqonlarla daşınan “buğda” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsininn 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı Salyan rayonu, Salyan şəhəri, Ə.Qasımzadə, ev 8-dir (VÖEN **********). Nəzərə alsaq ki, Şəxs qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola Biləsuvar Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,109,110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI : Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixdə, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilsin. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar