Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-824/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Biləsuvar Rayonu İsmətli X1 Nəbi oğlunun iştirakı ilə, 04 may 1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Sefiyev X4 Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Bununla da, Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmişdir. İnzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Sefiyev X4 Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmədiyini bildirmişdir. İnzibati xətanın törədilməsində özünü təqsirli bilir. Əməlindən peşmandır. Əvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilməyib. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: Vəzifəli şəxs Sefiyev X3 rayonu ismətli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsi, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası’nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Biləsuvar rayonu ismətli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14-42/2-336/2024 nömrəli məktubdan görünür ki, Biləsuvar rayonu ismətli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatlar 2023-ci il üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2024-cü il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2024-cü il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2024-ci il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 253-1.1.1 və 253.1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsi nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 253-1.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə tərəfindən Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məhkəmə tərəfindən Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxsna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələrinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Biləsuvar Rayonu İsmətli Bələdiyyəsinin sədri Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-824/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-824/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver