Məhkəmə qərarları › İş №3(022)-827/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-827/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-827/2025 06.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X8 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X7 iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində il ərzində inzibati tənbeh tədbiri tətbiq edilməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Məmmədova X5 Rayon İcra Hakimiyyətinin inzibati binasında 12 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində məsul işçilərə qarşı ucadan nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokol tərtib etmiş X9 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis X1 bölməsinin sahə rəisi vəzifəsində işləyir. 12 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində Məmmədova X5 Rayon İcra Hakimiyyətinin inzibati binasında icra başçısının qəbuluna girmiş, sonradan orada uca səslə başçının və məsul işçilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən hadisə ilə bağlı akt tərtib edilmiş və araşdırılması üçün Biləsuvar Rayon Polis Şöbəsinə göndərilmişdir. Tərəfindən araşdırmalar başlanılmış, izahatlar alınmış, nəticədə həmin şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində xəta haqqlnda icraat aparılan şəxs Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə öz əməlini etiraf edərək, göstərdi ki, o, Biləsuvar rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı dializ xəstəliyindən əziyyət çəkir. Özünün maddi vəziyyəti çətitindir. Bacısının dərmanlarının qiyməti baha olduğu üçün həmin dərmanları almağa imkanı yoxdur. Bu səbəbdən ona maddi yardımın edilməsi üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getmişdir. Ona qəbul zamanı istədiyi məbləğdə yardımın edilə bilməyəcəyi bildiriləndə, həmin vaxt o, İcra Hakimiyyətinin işçiləri tərəfindən təhqirlərə məruz qaldığı üçün özünə hakim ola bilməyərək, başçının və işçilərin ünvanına nalayiq ifadə işlətmişdir. Sonda Şəxs əməlindən peşman olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o, Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində xidmət edir. İcra Hakimiyyətində hər həftənin beşinci günü başçının qəbul günüdür. Şəxs daimi olaraq başçının qəbullarında iştirak edir. 12 sentyabr 2025-ci il tarixdə Şəxs növbəyə yazılmadan İcra Hakimiyyəti başçısının qəbuluna girərək, ona maddi vəziyyəti çətin olduğu üçün yardım etməsini tələb etmişdir. Sonradan Şəxs ucadan başçının və işçilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahidlər Şahid, X10, X4 və X14 şahid X2 izahatı ilə oxşar məzmunlu izahat vermişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X12 izahatında Şəhlanın psixi pozuntalırının olmasının nəzərə alınmasını və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Məmmədova X5 Rayon İcra Hakimiyyətinin inzibati binasında 12 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində məsul işçilərə qarşı ucadan nalayiq ifadələr işlətmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 22 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlamaq haqqında” 22 sentyabr 2025ci il tarixli AZA seriyalı 008355 nömrəli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şəxs üzərində heç bir əşya aşkar olunmamışdır. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 020105 nömrəli protokoldan görünür ki, Şəxs 22 sentyabr 2025-ci il tarixdə, saat 11:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X18 19 sentyabr 2025-ci il tarixli, 18-1-30/3- 5340/2025 nömrəli Biləsuvar Rayon Polis Şöbəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, Şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X18 ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatiriya Ekspertizası Mərkəzi” PHŞ-in 29 sentyabr 2025-ci il tarixli, 118 saylı rəyinin surətindən görünür ki, yoxlanılan şəxs Şəxs son illərdə qarşılıqlı tipli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilmişdir. Şəxs ona istinad edilən əməli törədərkən, yəni 12 sentyabr 2024-cü il tarixdə qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir, yoxlanılan şəxs Şəxs qarışıq tipli şəxsiyyət pozuntusu müəyyən edilməsinə baxmayaraq qeyd edilən pozuntu onu inzibati xətanı törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır, yoxlanılan şəxs Şəxs düçar olduğu qarışıq tipli şəxsiyyət pozuntusu hazırda kompensasiya mərhələsindədir. Buna görə hal-hazırda Şəxs özü və ətrafdakılar üçün sosial təhlükəli şəxs hesab edilməmişdir. Şəxs ona istinad edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Şəxs inzibati xəta törətməyə görə məsuliyyət daşıya bilər, yoxlanılan şəxs Şəxs əziyyət çəkdiyi psixi patologiya xroniki gedişə malik olub hal-hazırda kompensasiya mərhələsində olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidanndan məhrum etmir və yoxlanılan şəxs Şəxs hal-hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli tədbirlərin tədqiqinə ehtiyac olmasa da tənqidi münasibətinin yaranmış situasiyaya uyğun olmaması, əhval-ruhiyyəsinin aşağı olması səbəbindən və mübtəla olduğu psixi pozuntunun dərinləşərək kompensasiya mərhələsindən dekompensasiya mərhələsinə keçə bilən bir psixi patologiya olduğu nəzərə alınara həmin şəxsin yaşayış yeri üzrə psixiatrının müalicəsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 510-cu maddəsinə əsasən maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsi, şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tərəfindən inzibati tənbeh növü tətbiq edilərkən xətanın xarakteri, Şəxs şəxsiyyəti və onun təqsirinin dərəcəsi nəzərə alınır. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs yaşını, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:40-da inzibati qaydada tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar