Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-831/2024 01.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X4 nümayəndəsi X8 iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X6 tərəfindən qəbul edilmiş 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X6 tərəfindən barəsində qəbul edilmiş 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İsmətli kənd X.Qafarov adına tam orta məktəbin müəllimi X13 ilə bağlanmış əmək müqaviləsinə qanun pozğunluğu ilə xitam verilmiş və son haqq-hesabın vaxtında ödənilməməsi vaxtı cavabdeh tərəfindən müəyyənləşdirilməmişdir. Yol verilmiş qanun pozuntusuna görə X11 barəsində 26 iyul 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılması 01 avqust 2024-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Bu barədə X7 26 iyul 2024-cü il tarixli 3-175/2-749370/2024 sayli məktub göndərimişdir. Araşdırma zamanı məlum olmuşdur ki, təkrar sertifikasiya zamanı əmək qabiliyyətini itirməsinə görə baxmayaraq, X13 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və son haqq-hesab vaxtında verilməmişdir. X13 08 iyul.2024-cü il tarixdə təkrar sertifikasiya zamanı bülletendə olduğu üçün sertifikasiyada iştirak etməmişdir. Amil Əliyevin müqaviləsinə 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin“c” bəndi ilə xitam verilmişdir. Əmr verilərkən sertifikatlaşdırmanın nəticəsi əsas götürülmüşdür. Hazırda, Amil Əliyev müraciəti əsasında başqa bir işlə təmin olunmuş vəmüvafiq əmək müqaviləsi bağlanmışdır. X3 Əmək Müfəttişliyi Xidmətinin X6 tərəfindən 01 avqust 2024-cü il tarixdə1500 manat cərimə edilmişdir. Cərimə şərti hesab edilmiş və nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir. Məhkəmə iclasında: X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək X15 Xidmətinin X6 tərəfindən qəbul edilmiş 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarların ləğv olunmasını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X4 nümayəndəsi X14 bildirdi ki, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin elektron ünvanına ünvan 1ilməsi ilə bağlı etdiyi müraciətə X15 Xidmətinin Sirvan-X18ndə baxılmışdır. Məktəbdən daxil olan sənədlərdən məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. Qeyd edilən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-2 ci maddəsinin (Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması) 4-cü bəndinin (“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdirmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır), 83.2 maddəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuıncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuşdur. Belə ki, təkrar sertifikasiya zamani (xx.xx.2024-cü il) müvəqqəti əmək qabiliyyətini itirməyinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab vaxtında ödənilməmişdir. Göstərilən qanun pozuntuları ilə əlaqədar Biləsuvar rayonu İsmətli kənd tam orta məktəbinin direktoru X11 barəsində Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddlərinə uyğun olaraq 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə inzibati icraat başlanılmışdır. İnzibati xəta haqqında işə baxılmış və işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı və 116-cı (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) maddəsinə uyğun olaraq 01 avqust 2024cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Odur ki, Z.A.Sadıqov Xidmətin X4 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın nümayəndəsinin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X15 Xidmətinin X4 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X9 müqaviləsinə xitam verilən zaman (26 iyul 2024-cü il) işçinin təqsiri sübuta yetirilməyib, xitama əsas verən hüquqi faktlar müəyyənləşdirilməyib, ona əmək haqqı verilməmişdir. X15 Xidmətinin X4 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X9 müqaviləsinə qanunsuz xitam verilmiş, son haqq-hesab ödənilməmişdir. Nəticədə X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmujş inzibati xəta törətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda göstərilənlərə əsasən X5 İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni olmuş, X15 Xidmətinin X6 tərəfindən 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində X15 Xidmətinin X4 26 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, X15 Xidmətinin X4 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X1 İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olduğu üçün X15 Xidmətinin X4 01 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-831/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-831/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver