Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-837/2024 10.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, xx xxx 1982-ci il tarixdə Astara rayonunun, Qapçıməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Astara rayonunun, Qapçıməhəllə kəndində kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binaslnda açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə daxil olmuş 01 avqust 2024-cü il tarixli, 3-33-1500/012/001976 saylı raportda göstərilmişdir ki, 01 avqust 2024-cü il tarixdə Biləsuvar Gömrük idarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı X3 gömrük nəzarət zonasına daxil olaraq 30 (otuz) kiloqram ərzaq, 200 ədəd siqaret olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası vətəndaşı, X1 iştirakı ilə mallara baxış keçirilmişdir. X3 ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğusual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə X1 əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 50 qutu üzərində “Kent Nano 4” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Qeyd olunan faktla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmışdır. Fakt üzrə yazılı izahat verən X3 izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə tanışı Şəxs ona zəng edərək onunla birlikdə gedərək İran İslam Respublikasından keçərək Naxçıvan Muxtar Respublikasına getməyi, qayıdan zaman İran İslam Respublikası ərazisindən əldə etdiyi ərzaq və qeyriərzaq yüklərini Azərbaycan Respublikasına gətirən zaman gömrük nəzarətindən keçirməyə köməklik etməyini və bunun qarşılığında 40 manat məvacib verəcəyini bildirdi. O də öz növbəsində onunla razılaşdı. 30 iyul 2024-cü il tarixdə axşam saatlarında Bakı- Naxçıvan istiqamətində hərəkət edən sərnişin avtobusu ilə o, Şəxs və X4 yola düşdü və 31 iyul 2024-cü il tarixdə səhər saatlarında Naxçıvan Muxtar Respublikasına çatdılar. Həmin gün axşam saatlarında Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu ilə Bakı şəhəri istiqamətində yola düşdülər. Təxminən saat 2-3 radələrində Culfa gömrük postundan keçərək İran İslam Respublikasının Culfa şəhərinə daxil oldular. Orada yerləşən mağazaların birindən Şəxs müxtəlif ərzaq və qeyri-ərzaq yükləri və siqaretlər əldə etdi. Həmin yüklərdən bir qismini ona, bir qismini isə Kərəm Məmmədova verdi və avtobusa qayıdaraq yola davam etdilər. 01 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikasının Biləsuvar gömrük postunun piyada idxal xəttinə daxil oldular. Gömrük nəzarətindən keçən zaman gömrük əməkdaşlarına 1 blok siqaret və 30 kq ərzaq malları olduğunu bildirdi və təqdim etdim. Daha sonra gömrük əməkdaşı ona əl yüklərinin içərisində gizlədilmiş yaxud bəyan olunası predmet olub-olmadığını soruşdu, o də öz növbəmdə ərzaq yüklərindən ibarət olduğunu qeyd etdi. Bundan sonra gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə əl yüklərinə daxil olan sellofan torbaları yoxladılar. Yoxlama zamanı əl yüklərimə daxil olan 1 ədəd sellofan torbanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 50 qutu “Kent Nano 4” markalı siqaretlər aşkar edildi, bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. X3 izahatında eyni zamanda aşkar edilmiş 50 qutu “Kent Nano 4”markalı siqaretlərin Valehə məxsus olduğunu, əl yükündə siqaretlərin olması barədə məlumatı olduğunu, siqaretlərin sayı barədə məlumatının olmadığını qeyd etmişdir. Bundan əlavə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə daxil olmuş 01 avqust 2024-cü il tarixli, 3-33-1500/012/001977 saylı raportda göstərilmişdir ki, 01 avqust 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə İran islam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı X4 gömrük nəzarət zonasına daxil olaraq 30 (otuz) kiloqram ərzaq, 200 ədəd siqaret olduğunu bəyan edərək başqa gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası vətəndaşı, X2 iştirakı ilə mallara baxış keçirilmişdir. X4 ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğusual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sonra 2 nəfər hal şahidi dəvət edilib onun əl yükləri yoxlanılmış və nəticədə X2 əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 34 qutu üzərində “Kent Nano 4” markalanma yazısı olan siqaretlər aşkar edilərək götürülmüşdür. Qeyd olunan faktla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmışdır. Fakt üzrə yazılı izahat verən X3 izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə tanışı Şəxs ona zəng edərək onunla birlikdə gedərək İran İslam Respublikasından keçərək Naxçıvan Muxtar Respublikasına getməyi, qayıdan zaman İran İslam Respublikası ərazisindən əldə etdiyi ərzaq və qeyri-ərzaq yüklərini Azərbaycan Respublikasına gətirən zaman gömrük nəzarətindən keçirməyə köməklik etməyimi və bunun qarşılığında 40 manat məvacib verəcəyini bildirdi. O də öz növbəsində onunla razılaşdı. 30 iyul 2024- cü il tarixdə axşam saatlarında Bakı-Naxçıvan istiqamətində hərəkət edən sərnişin avtobusu ilə o, Şəxs və X3 yola düşdü və 31 iyul 2024-cü il tarixdə səhər saatlarında Naxçıvan Muxtar Respublikasına çatdılar. Həmin gün axşam saatlarında Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu ilə Bakı şəhəri istiqamətində yola düşdü. Təxminən saat 21:00 radələrində Culfa gömrük postundan keçərək İran İslam Respublikasının Culfa şəhərinə daxil oldular. Orada yerləşən mağazaların birindən Şəxs müxtəlif ərzaq və qeyri-ərzaq yükləri və siqaretlər əldə etdi. Həmin yüklərdən bir qismini ona, bir qismini isə Elvin Rufullayevə verdi və avtobusa qayıdaraq yola davam etdilər. 01 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikasının Biləsuvar gömrük postunun piyada idxal xəttinə daxil oldular. Gömrük nəzarətindən keçən zaman gömrük əməkdaşlarına 1 blok siqaret və 30 kq ərzaq malları olduğunu bildirdim və təqdim etdi. Daha sonra gömrük əməkdaşı mənə əl yüklərimin çərisində gizlədilmiş yaxud bəyan olunası predmet olub-olmadığını soruşdu, o də öz növbəsində ərzaq yüklərindən ibarət olduğunu qeyd etdi. Bundan sonra gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə əl yüklərimə daxil olan sellofan torbaları yoxladılar. Yoxlama zamanı əl yüklərinə daxil olan 1 ədəd sellofan torbanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 34 qutu “Kent Nano 4” markalı siqaretlər aşkar edildi, bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. X5 izahatında eyni zamanda aşkar edilmiş 34 qutu “Kent Nano 4” markalı siqaretlərin Şəxs məxsus olduğunu, əl yükündə siqaretlərin olması barədə məlumatı olduğunu, siqaretlərin sayı barədə məlumatının olmadığını qeyd etmişdir. Fakt üzrə yazılı izahat verən Şəxs izahatında X1 və X2 əl yüklərindən aşkar edilmiş siqaretlərin ona məxsus olduğunu, həmin siqaretləri iranın Culfa şəhərindən aldığını, miqdarının çox olduğu üçün müxtəlif sellofan torbalara yerləşdirdiyini və həmin torbalardan bəzilərini Elvin Rufullayevə, bəzilərini isə Kərəm Məmmədova gömrük nəzarətindən keçirməsi üçün verdiyini qeyd etmişdir. Buna görə də X1 barəsində 02 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-iqtisad ekspertizasının 3-16-16/2-7/1296-9/6397 nömrəli, 23 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 84 qutu “Kent Nano 4” markalı siqaretlərin 1 avqust 2024-cü il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 3,00 manat, 84 qutusunun isə 252.00 manat müəyyən edilir. “Malların yoxlanılması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X1 əl yüklərinin yoxlanılması zamanı ona məxsus olan 1 ədəd sellofan torbanın içərisindən aşkar olunan 50 qutu üzərində “Kent Nano 4” markalanma yazısı olan siqaretlər protokol əsasında götürülərək qablaşdırıldı. “Malların yoxlanılması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X2 əl yüklərinin yoxlanılması zamanı ona məxsus olan 1 ədəd sellofan torbanın içərisindən aşkar olunan 34 qutu üzərində “Kent Nano 4” markalanma yazısı olan siqaretlər protokol əsasında götürülərək qablaşdırıldı. 02 sentyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı, 01200-00402/24 nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, fakt üzrə yazılı izahat verən Şəxs izahatında X1 və X2 əl yüklərindən aşkar edilmiş siqaretlərin ona məxsus olduğunu, həmin siqaretləri iranın Culfa şəhərindən aldığını, miqdarının çox olduğu üçün müxtəlif sellofan torbalara yerləşdirdiyini və həmin torbalardan bəzilərini Elvin Rufullayevə, bəzilərini isə Kərəm Məmmədova gömrük nəzarətindən keçirməsi üçün verdiyini qeyd etmişdir. Buna görə də X1 barəsində 02 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 10 sentyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı, 01200/00176 nömrəli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 252.00 (iki yüz əlli iki) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 100.80 (yüz manat səksən qəpik) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-837/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-837/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver