Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-838/2024 16.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İnzibati qərardan şikayət vermiş şəxs X3, Neftçala rayon YPX-nin baş inspektoru polis baş leytenantı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Neftçala rayon Polis Şöbəsinin YPX tərəfindən barəsində inzibati tənbeh verilməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində Neftçala rayon Polis Şöbəsinin YPX tərəfindən barəsində inzibati tənbeh verilməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati qərardan şikayət vermiş şəxs X8 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:35 radələrındə Neftçala rayonunda yol polisi tərəfindən qanunsuz olaraq 100 manat (3 bal) məbləğində cərimə edilmişdir. Belə ki, etibarnamə ilə idarə etdiyi "**-BO-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçala rayonu Yalçın Hacıyev küçəsinin kəsişməsində baş yolda hərəkətdə olarkən yolun kəsişməsinə çatmış, bu kəsişmədə işıqforun qadağan edici siqnalı aktiv olduğundan hərəkəti dayandırmış və sol dönmə siqnalını aktiv etmişdir. O, işıqforda dayanarkən görmüşdür ki, yolun əks istiqamətində YPX avtomobili dayanıb, kəsişmədə düzünə, sağa və ya sola dönməni məhdudlaşdıran və ya qadağan edən yol nişanı və ya yol nişanlanması yoxdur, yəni məcburi hərəkət istiqaməti nişanlarının ” 4.1.4 (düzünə və ya sağa hərəkət üzrə məcbur edici nişan) və ya " 3.18.2 (sola dönmək qadağandır) ” o, sol dönmə siqnalını aktiv edib sola dönmüş, döndükdən sonra qarşıda, yəni yolun sağ çiynində "3.1 giriş qadağandır" nişanınını görmüş və dərhal avtomobilinin hərəkətini dayandırmış və həmin nişanın yanında avtomobili saxlayıb yerə enmişdir. Bundan sonra YPX avtomobili gözlədiyi yol kəsişməsindən sağa dönərək dayanmışdır. O, yaxınlaşıb vəziyyəti izah etmiş, kəsişmədə hər hansı qadağan edici nişan yoxdur deyə bildirmiş, ona bildirmişlər ki, 3.1 giriş qadağandır yol nişanının təsir dairəsində hərəkət etdiyininə görə 100 manat (3 bal) məbləğində cərimə tədbiq olunacaq, o, dəfələrlə qanuni iradlarını bildırsədə polis onu dinləməmişdir. Yol polisi baş inspektoru X7 dinləməməişdir. O, işıqforda dayanarkən işıqforun qadağan edici siqnalı aktiv olan zaman YPX ekipajı yolun əks istiqamətində dayanmışdı, bu zaman o, sol dönmə siqnalını aktiv etmişdir, yəni sola dönmək əgər qadağan idisə xidmətdə olan ekipaj onu görürdü və bu inzibatı xətanın qarşısını ala bilərdi, lakin o onun dönməyini gözləyib arxasınca gəlmiş, beləliklə, Yol-patrul xidməti haqqında təlimatın 1-ci maddəsinin 1-ci bəndini kobud şəkildə pozmuşdur. Yol-patrul xidməti haqqında təlimatın 1-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən YPX yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir. Göründüy kimi baş inspektor X4 xətanın qarşısını almaq əvəzinə cərimə yazmağı özündə pritoriet hesab etmişdir.Ekipaj sola dönmənin qadağan olduğunu ona məlumat verməyərək yenidən təlimatı pozmuşdur. Belə ki, Yol-patrul xidməti haqqında təlimatın 1.5.8-ci bəndinə əsasən yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək, avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi səbəbləri barədə məlumat vermək, 1.5.10-cu bəndinə əsasən inzibati xətaların qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir. O, həmin ərazidən sübut qismində video görüntülər qeydə almış, görüntülərdə aşkar sürətdə görünür ki, o, gəldiyi istiqamətdə heç bir qadağan edici və ya məlumat verici yol nişanı və ya yol nişanlanması yoxdur, lakin əks istiqamətdə “4.1.4 məcburi hərəkət istiqaməti nişanı var. Beləliklə əks istiqamətdən kəsişməyə yaxınlaşan sürücülər müvafiq istiqamətə dönmənin qadağan olduğundan məlumatlı olsa da, onun hərəkətdə olduğu istiqamətdən hərəkət edən sürücülər bundan məlumatsız olaraq yol hərəkəti iştirakçılarına cıddı maneə törədir. Odur kı, YHQ-nın 61.1 ci maddəsinin tələbi pozulmuşdur. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Məhkəmə iclasında Neftçala rayon YPX-nin baş inspektoru polis baş leytenantı X4 izahatında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın qanuni olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Neftçala rayon YPX-nin baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair X8 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Neftçala rayon YPX-nin baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X8 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1 və 31.2-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 100 manat cərimə edilməsi ilə bağlı Neftçala rayon YPX-nin baş inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X8 tərəfindən verilmiş şikayət rədd edilməli və həmin qərar qanuni və əsaslı hesab edilməlidir. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Neftçala rayon Polis Şöbəsinin YPX tərəfindən barəsində inzibati tənbeh verilməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verilmiş şikayəti təmin edilməsin. Həmin qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-838/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-838/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver