Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-848/2023 21.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs - ünvan Sabirabad rayonu Moranlı kəndi (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Gömrük İdarəsindən daxil olmuş 05 iyul 2023-cü il tarixli 3-33-/3-1- 000572/2023 saylı raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına İran slam Respublikasından 28852226, 26802298, 28853182, 26972893 nömrəli vaqonlarla gələn “yarı qabıqlı, yarım qaynadılmış qısadənəli düyü” yükünün sənədlərində çatışmazlıq olması səbəbindən xx.xx.2023-cü il tarixdə **********9481, xx.xx.2023-cü il tarixdə **********490, xx.xx.2023-cü İl tarixdə **********9493, xx.xx.2023-cü il tarixdə **********7693 sorğu nömrəli gömrük bəyənnamələri ilə saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan malların saxlanc müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq mallar digər gömrük proseduru altında bəyan edilməmişdir. İş üzrə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin 05 avqust 2023cü il tarixli № 01200-00126/23 saylı protokoldan görünür ki, İran İslam Respublikasından Şəxs MMC-nin ünvanına 28852226, 26802298, 28853182, 26972893 nömrəli vaqonlarla gəlmiş “yarı qabıqlı, yarım qaynadılmış qısadənəli düyü” yükü xx.xx.2023-cü il tarixdə **********9481, xx.xx.2023-cü il tarixdə **********9490, xx.xx.2023-cü il tarixdə **********9493, xx.xx.2023-cü il tarixdə **********7693 sorğu nömrəli gömrük bəyannamələri ilə xx.xx.2023-cü il tarixədək müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Lakin xx.xx.2023-cü il tarixində müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən gömrük orqanlarının tələb etdiyi təminat üsullarından birini (bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, avans ödəmələr və s.) təqdim etmədiyi üçün heç bir gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Beləliklə də, Şəxs MMC müvəqqəti saxlanca götürülmüş mallarla bağlı müəyyən olunmuş müddət ərzində heç bir tədbir görmədiyindən və gömrük organlarının tələb etdiyi təminat üsullarından birini təqdim etmədiyindən müvəqqəti saxlanc gaydalarının tələblərini pozmuş və bununla da, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Buna görə də, Şəxs barəsində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində 05 avqust 2023-cü il tarixdə İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında №01200-00126/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 496.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, İXM-in 496.1-ci maddəsinə əsasən “Malların saxlanca goyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə" inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Hüquqi ünvanı Sabirabad rayonu Moranlı kəndi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan BiləsuvarRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-848/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-848/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver