Məhkəmə qərarları › İş №3(022)-848/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-848/2025

18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-848/2025 18.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, qərardan şikayət vermis X2, 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* saylı qərarından verilmiş X2 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarla 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan X1 Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 şəhəri, H.Əliyev küçəsində tikinti materiallarının satışı ilə məşğul olur. Həmin obyektdə "taxta yonan" mişar fəaliyyət göstərir. 28 iyul 2025-ci ildə cavabdeh qurumun əməkdaşları tərəfindən obyektdə monitorinq aparılmış, guya mişar işlək vəziyyətdə olduğu vaxtı ətraf mühitə yayılan səsküyün normadan artıq olması müəyyən edilmiş, nəticədə X6 275.2-ci maddəsi üzrə MN seriyalı ******* saylı qərarla 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. Hesab edir ki, barəsində tətbiq olunan cərimə ədalətsizdir və doğru deyildir. Odur ki, 3 X10 və Təbii Sərvətlər İdarəsinin 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında qərardan şikayət verən X5 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında təmsil etdiyi orqanın qərarının düzgün olduğunu bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin Biləsuvar şəhəri, X13 küçəsi, ev 8 ünvanında yaşayan X4 ünvanlamış olduğu 11 avqust 2025-ci tarixli məktubundan görünür ki, X2 barəsində qəbul edilmiş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı qərarı ilə tətbiq olunmuş cərimənin icra olunması tələb olunmuşdur. 11 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X1 şəhəri, Z.Kərimov küçəsində 15 iyul 2025-ci il tarixdə taxta sexində fəaliyyət göstərən taxta yonan mişarın işlək vəziyyətdə olduğu vaxtda ətraf mühitə yayılan səs-küyün normadan artıq olması faktı aşkar olunduğuna görə Azərbaycan Respublikasının 275.2-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. 3 X10 və Təbii Sərvətlər İdarəsindən daxil olan 28 iyul 2025-ci il tarixli 90997 nömrəli aktının surətindən görünür ki, 15 iyul 2025-ci il tarixdə X9 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə sabit hava şəraitində monitorinq keçirilmişdir. Bu da ətraf mühit üçün yol verilən hədd norması daxilində hesab edilmişdir. Eyni zamanda həmin ərazidə “Caselli” səyyar cihaz vasitəsi ilə toz çirklənməsinin səviyyəsi ölçülmüş, ölçmənin nəticəsinə səs-küyün ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunan fotoşəkillərdən görünür ki, monitorinq sexin yaxınlığında ehtiyyat taxtaların yığıldığı sahədə aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materialları hərtərəfli araşdırıldıqdan, təqdim edilmiş sübutlar qiymətləndirildikdən və İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərdən keçirildikdən sonra məhkəmə belə qənaətə gəlir ki, 3 X10 və Təbii Sərvətlər İdarəsinin X5 barəsində qəbul etdiyi 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh haqqında qərar həm maddi hüquq, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və buna görə də ləğv edilməlidir. Belə ki, inzibati xəta tərkibinin mövcudluğu sübut olunmamışdır. Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tərkibinin yaranması üçün ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy və ya vibrasiya çirklənməsi olmalı və bu çirklənmə normativ hədləri aşmalıdır. Bu isə yalnız xüsusi texniki vasitələrlə aparılmış dəqiq və rəqəmlərə əsaslanan ölçmələrlə təsdiq oluna bilər. Lakin iş materiallarında olsn və təqdim edilmiş sənədlər arasında ciddi ziddiyyətlər ilə uyğunsuzluqlar mövcuddur. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiqinə əsas kimi göstərilən 15 iyul 2025-ci il tarixli akt üzrə: səs-küyün hansı cihazla, hansı metodika ilə ölçüldüyü, ölçmə cihazının texniki pasportu və kalibrovka sənədi aktlara əlavə edilməmişdir. Bu isə inzibati xəta tərkibinin əsas elementi olan səs-küyün normadan artıq olmasının obyektiv sübutunu tamamilə qeyri-mümkün edir. Məhkəmə tərəfindən tələb olunan sübutlar təqdim edilməmişdir. Məhkəmə ziddiyyətlərin aradan qaldırılması üçün X11 Monitorinq İdarəsinə sorğu göndərmişdir. Lakin sorğuya cavab olaraq inzibati tənbehə əsas olan 15 iyul 2025-ci il tarixli akt və fotoşəkillər deyil, tamamilə başqa tarixə və inzibati xəta tərkibi yaratmayan – 12 sentyabr 2025-ci il tarixinə aid akt və fotoşəkillər göndərilmişdir. Bu fakt sübutetmə prosesində ciddi uyğunsuzluq yaradır və inzibati orqanın zəruri monitorinq materiallarını təqdim etmədiyini göstərir. Həmçinin məhkəmənin 30 oktyabr 2025-ci il tarixli sorğusuna verilmiş cavabda aparılan ölçmələrdə “Caselli” səyyar cihazı ilə toz çirklənməsi ölçülmüş, səs-küyün isə normativ hədd daxilində olduğu müəyyən edilmişdir. Yəni məhz inzibati tənbehə əsas verilən səs-küyün normanı aşması faktı heç bir sübutla təsdiqlənməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən təqsirin sübuta yetirilməsi yükü səlahiyyətli orqan üzərindədir. İXM-in 12-ci fəslinə görə inzibati xəta barədə mübahisə yarandıqda şəxsin təqsiri səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Şəxsin inzibati xətanı qəbul etməməsi şəraitində sübutetmə yükü məhkəməyə və ya şəxsə keçmir. Bu tələblər təqsirsizlik prezumpsiyasını inzibati icraat üçün də tam şəkildə tətbiq edir. Bununla yanaşı, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri səlahiyyətli orqan tərəfindən müəyyən edilməlidir. Lakin iş materiallarında səsküyün normanı aşması faktı sübut edilməmiş, hansı konkret əməl və ya hərəkətsizliklə inzibati xəta törədildiyi göstərilməmiş, inzibati qərarda sübutların nə ilə təsdiqləndiyi göstərilməmişdir. Bu isə təqsirin sübuta yetirilməsi tələbinin pozulmasıdır. Məhkəmə həmçinin hesab edir ki, mövcud olan sübutlar qeyri-müəyyən, natamam və bir-birini təkzib edən xarakter daşıyır. Belə ki, İXM-in 76.1-ci maddəsi sübutların növlərini sadalayır və onların faktiki məlumatlara əsaslanmasını tələb edir. İnzibati orqanın təqdim etdiyi sənədlər isə: fərqli tarixlərə aiddir, biri digərini təsdiqləmir, texniki ölçmələr mövcud deyil, normativlərlə müqayisə aparılmayıb. Bu hal İXM-in 84.1-ci maddəsində nəzərdə tutulan “daxili inam” üçün zəruri olan tamlıq, obyektivlik və dolğunluq tələblərinin pozulduğunu göstərir. Məhkəmə qeyd edir ki, prosessual pozuntular qərarın qanuniliyini istisna edir. Belə ki, İXM-in 133.2.8-ci maddəsinə əsasən qərarın qanuniliyinin yoxlanılması yalnız iş materialları əsasında aparılır. Mövcud materiallar isə inzibati tənbehə əsas olan faktları təsdiq etmir. İXM-in 135-ci maddəsinə əsasən faktiki halların araşdırılmaması; nəticələrin faktiki hallara uyğun olmaması; tənbehin qanuna uyğun tətbiq edilməməsi; prosessual pozuntuların obyektiv araşdırmaya mane olması halları inzibati qərarın ləğvi üçün birbaşa əsasdır. Hazırkı halda isə, bu pozuntuların hər biri mövcuddur və birlikdə inzibati qərarın hüquqi qüvvədə saxlanılmasını mümkünsüz edir. Yuxarıda göstərilənlərin hər biri sübut edir ki: inzibati xəta hadisəsi sübuta yetirilməmişdir; səs-küyün normanı aşması faktı təsdiqlənməmişdir; təqdim edilmiş sübutlar ziddiyyətlidir; təqsirin sübuta yetirilməsi yükü yerinə yetirilməmişdir; prosessual tələblər kobud surətdə pozulmuşdur; təqsirsizlik prezumpsiyası təmin edilməmişdir. Buna görə də mübahisəli qərar nə maddi-hüquqi, nə prosessual-hüquqi, nə də sübutetmə standartlarına cavab verir. Bütün bunları ümumiləşdirərək məhkəmə hesab edir ki, 3 X10 və Təbii Sərvətlər İdarəsinin X5 barəsində qəbul etdiyi 11 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh haqqında qərar qeyri-müəyyən sübutlara əsaslandığından, təqsirin sübuta yetirilməməsi səbəbindən, İXM-in əsas prinsiplərini pozduğundan, faktoloji və hüquqi baxımdan əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D I: X2 şikayəti təmin edilsin. X2 barəsində tətbiq olunmuş Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə cərimə olunması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 11 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar