Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-849/2023 21.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, tərcüməçi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikasının Mərənd şəhəri, Xiyaban Şöhədə küçəsi 54 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Cənub Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/3-1-034261/2023 saylı raportdan görünür ki, 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Şəxs Mirjalal idarə etdiyi "Volvo’’ markalı, EF739EE/SS739P qeydiyyat nəqliyyat vasitəsinin dartıcısının kəbinində alın şüşəsinin tavana bitişik hissəsindəki əşyaların qoyulması üçün nəzərdə tutulan yerdə, sürücü oturacağının arxa hissəsində yerləşən yatağın üzərindəki əl çantasının içərisində, yatağın üzərindəki gödəkçənin qol hissəsində və yatağın yanındakı boşluqda yerləşdirərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakın belə marka ilə markalanmamış bir qutusunun qiyməti 2,5 manat olmaqla cəmi 475 manat dəyərində 190 qutu “Winston” markalı və bir qutusunun qiyməti 2,5 manat olmaqla cəmi 25 manat dəyərində 10 qutu “Pall Mail” markalı, ümumilikdə 500 manat dəyərində 200 qutu siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gizlədərək keçirmişdir. Cənub Ərazi Baş Gömrük İdarəsinin 02 avqust 2023-cü il tarixli № 10000-00077/23 saylı EP № ******* inzibati xəta haqqında Protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşı Şəxs Mirjalal idarə etdiyi “Volvo” markalı, EF739EE/SS739P qeydiyyat nəqliyyat vasitəsinin dartıcısının kəbinində alın şüşəsinin tavana bitişik hissəsindəki əşyaların qoyulmas üçün nəzərdə tutulan yerdə, sürücü oturacağının arxa hissəsində yerləşən yatağın üzəinndəki əl çantasının içərisində, yatağın üzərindəki gödəkçənin qol hissəsində və yatağın yanındakı boşluqda yerləşdirərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış bir qutusunun qiyməti 2,5 manat olmaqla cəmi 475 manat dəyərində 190 qutu “Winston” markalı və bir qutusunun qiyməti 2,5 manat olmaqla cəmi 25 manat dəyərində 10 qutu “Pall Mail” markalı, ümumilikdə 500 manat dəyərində 200 qutu siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gizlədərək keçirmişdir. Qeyd olunan faktla bağlı X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən 02 avqust 2023-cü il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X1 əməlini səmimi etiraf edərək barəsində yüngül cəza verilməsiuni xahiş etdi. İnizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla X1 hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli 3-16-16/2 7/918-9/4941 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan 2 adda siqaretlərin 21 iyun 2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 500.00 manat müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Mirjalal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs Mirjalaldan götürülmüş üzərində “Winston” markalı 180 (yüz səksən) qutu və “Pall Mail” markalı 9 (doqquz) qutu siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-849/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-849/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver