Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-85/2025 13.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X11 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, icra sənədi üzrə tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1993-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 3 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 29 mart 2016-cı il tarixdə anadan olmuş X6 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşağa görə 110 manat, cəmi ayda 220 manat sabit pul məbləğində aliment və 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, iddiaçı X5 verilməlidir. Borclu Şəxs eyni icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, təkrarən Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və həmin icra sənədini üzrsüz səbəbdən icra etməmişdir Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 13 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Biləsuvar rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə 2 uşağa görə hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, lakin sonradan, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsi ilə borcludan tutulması müəyyən edilmiş aliment məbləği dəyişdirilmişdir. Biləsuvar rayon Məhkəməsinin 2(022)-408/2023 saylı icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin 2024-cü ilin aprel ayında tələbkar icra sənədinin məhkəməyə icrasız qaytarılması haqqında ərizə ilə müraciət etdiyinə görə həmin icra sənədi “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Lakin 2024-cü ilin may ayında həmin icra sənədi tələbkarın ərizəsi əsasında yenidən icraya yönəldilmiş və Biləsuvar rayon İcra və Probasiya Şöbəsində icra sənədi üzrə yenidən icraat başlanmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarın xeyrinə cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, icra sənədinin icraatda olduğu müddətdə borclu heç bir ödəniş etməmişdir. Bununla əlaqədar Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatları alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınmışdır. Borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Buna görə də 2024-cü ilin avqust ayında onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsinin hakiminin 21 avqust 2024-cü il tarixli qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin həmin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, öz öhdəliklərini icra etməmişdir. Belə ki, həmin tarixdən indiyə qədər borclunun ünvanına çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, Şəxs tələbkara olan nəinki qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də həyata keçirməmişdir. Tələbkar isə həmin borcun ödənilməsi ilə bağlı davamlı olaraq yuxarı icra hakimiyyəti orqanlarına şikayətlər edir. Hazırda borclu aliment borcunu bundan sonra hər ay aliment məbləğinə əlavə olaraq 70-100 amnat ödəməklə, bağlayacağını yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib edildikdən sonra, məhkəmə iclsından öncə, Şəxs anası həmin şəxsin aliment borcundan bank vasitəsilə təxminən 700 manat ödəniş etdiyinə, hazırda Şəxs aliment borcu 2440 manat yox, 1740 manat təşkil edir. Sonda, İ.İ.Əzizov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, uzun müddətdir ki, işsiz olduğu üçün gəlir mənbəyi olmamış və buna görə də onun barəsində icra məmuru tərəfindən 2024-cü ilin avqust ayında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. Həmin vaxt o, tələbkara bildirmişdir ki, yenicə özünə iş tapmışdır və aliment borcunu hissə-hissə ödəyəcəkdir. Lakin tələbkar ondan şikayətçi olduğuna görə Biləsuvar rayon Məhkəməsini hakiminin 21 avqust 2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs olunduqdan sonra o, həmin işini itirmiş və buna görə də özünə başqa iş axtarıb tapmağa məcbur olmuşdur. O, hazırda Qarabağ bölgəsində günəmuzd işlərdə çalışır və tələbkara yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Bu gün isə o, tələbkara olan borcundan daha 700 manat ödəmişdir. Hazırda onun cəmi 1.740 manat məbləğində tələbkara borcu vardır. O, əməlindən peşmandır və ona müddət veriləcəyi təqdirdə, A.B.Məmmədliyə olan aliment borcunu hissə-hissə tam şəkildə ödəyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar X7 məhkəmə iclasında bildirdi ki, borclu Şəxs qanunla müəyyən edilmiş öhdəliyini icra etməkdən yayınır. Belə ki, həmin şəxs ona tətbiq edilmiş inzibati tənbeh tədbirini çəkdikdə sonra da ona olan borcunu ödməməkdən müxtəlif bəhanələr gətirməklə yayınmışdır. O, hazırda azyaşlı uşağa baxır və buna görə də heç yerdə işləmir. Borclu isə ona heç bir kömək etmir. O hesab edir ki, əri bəhanələr gətirməklə borcunu ödəməkdən yayınır. Sonda, A.B.Məmmədli borclu barəsində inzibati həbs tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı qətnaməsinə əsasən həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(022)-606/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 29 mart 2016-cı il tarixdə anadan olmuş X6 və 16 sentyabr 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşağa görə 110 manat, cəmi ayda 220 manat sabit pul məbləğində aliment və 09 dekabr 2022-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, X5 verilməlidir. Həmçinin iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(022)-408/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 20 may 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin hakiminin 21 avqust 2024 -cü il tarixli, 3(022)-746/2024 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin şəxs barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmanlığını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunması inzibati xətanın tərkib əlaməti olduğuna görə Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə görə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edilə bilməz. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, uzun müddət ərzində də Şəxs pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-85/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-85/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver