Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-86/2025 13.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon null polis kiçik leytenantı X3, zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1958-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 1 il ərzində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbirləri tətbiq olunmamış, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-4-cü maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* saylı, 10 yanvar 2025-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 07 dekabr 2024-cü il tarixdə saat 13:40 radələrində yolun H.Əliyev küçəsindən keçən hissəsində qarşıdan gələn “Opel” markalı avtomobilə çırpılaraq yol nəqliyyat hadisəsini törətmiş və nəticədə “Opel” markalı avtomobilə və onun sərnişinlərinə xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyət məsələsinə baxılması üçün inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon polis kiçik leytenantı X6 göstərdi ki, Şəxs 07 dekabr 2024-cü il tarixdə saat 13:30-da yolun H.Əliyev küçəsindən keçən hissəsində qarşıdan gələn “Opel” markalı avtomobilə çırpılaraq yol nəqliyyat hadisəsini törətmiş və nəticədə “Opel” markalı avtomobilə və onun sərnişinlərinə xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Y.S.Quliyev məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, **-AC-*** dövlət qeydiyyat nişanlı “Lonking LG30DT” markalı “çəngəlağız yükləyici” markalı avtomobil qardaşının övladı X5 məxsusdur. Ramil Əskərov həmin “çəngəlağız yükləyici” markalı avtomobili ona dolanışığını təmin etmək üçün vermişdir. Biləsuvar rayon H.Əliyev küçəsində yerləşən Heydər Əliyev adına parkın yanında şəhidlərin xatirəsinə görə salınacaq parkda görüləcək işlərə köməklik edirmiş. İşini bitirdikdən sonra 13:30-da oradan çıxaraq yaşadığı ünvana gedəcəyini bildirdi. H.Əliyev küçəsinə çıxmazdan öncə sağ tərəfin boş olmasını, təxminən 200 metr soldan isə “Opel” markalı avtomobilin gəlməyini görmüş, hərəkətə başlayaraq yola çıxmağa başlayıb. Asfalt yolun ortasına çatdıqda “Opel” markalı avtomobilin surətinin çox olmasını və yolun orta hissəsi ilə onun üzərinə gəldiyini görüb. Ayağını qaza basaraq baş verəcək qəzadan yayınmaq istəmişdir. Lakin adını sonradan bildiyi X4 idarə etdiyi “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanı avtomobil idarə etdiyi avtokarın arxa hissəsinə dəyərək sağ tərəfdəki hasara çırpılaraq dayanmışdır. Avtokarı yolun kənarıda saxlayaraq avtomobilə yaxınlaşıb. Avtomobildəki şəxslərin ciddi xəsarət almadıqlarını gördüyünü bildirdi. Bu zaman orada olan şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəldiyini qeyd etdi. Onun avtomobil idarə etməyə icazə verən sürücülük vəsiqəsi olsada, texniki nəqliyyat vasitəsini idarə etmək üçün kateqoriyası yoxdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Ailəlidir, övladı vardır. Şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 rayonu Amankənd kəndində qeydiyyatda olmaqla yaşadığını bildirdi. “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 noyabr 2023-cü il tarixdə X2 aralarındakı şifahi razılaşmaya əsasən almışdır. Aralarındakı razılaşmaya əsasən 36 ay Aynur Zamanovaya 650 (altı yüz əlli) manat pul ödəyəcəyini bildirdi. O, həmin avtomobili etibarnamə əsasında idarə etdiyini, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirdi. 07 dekabr 2024-cü il tarixdə saat 13:40-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzalın yaxınlığında iki nəfər müştəri ilə razılaşaraq onları Bakı şəhərinə aparmaq üçün yola çıxmışdır. Müştərilər Babaşov Nail Arzu oğlu və Zərərçəkmiş şəxs Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan yerə aparcaqmış. Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azpetrol dairəsi istiqamətində hərəkətdə olarkən Zirvə şadlıq sarayına dönən yoldan qəfildən yolun hərəkət hissəsinə **-AC-*** dövlət qeydiyyat nişanlı “Lonking” markalı yük maşını yoluna çıxdığını və həmin vaxt avtomobili qəzadan qaçırtmaq üçün əyləcə basaraq sükanı sağ tərəfə burduğunu bildirdi. Bu zaman içərisində olduğu avtomobilin ön hissəsi “Lonking” markalı yük maşınına arxa tərəfdən dəymiş, avtomobil sağ tərəfdə yolun kənarı ilə gedən hasara dəyərək dayanmışdır. Avtomobildə olan Babaşov Nail Arzu oğlu və Zərərçəkmiş şəxs xəsarət aldıqları üçün onları Biləsuvar rayon Mərkəzi xəstəxanasına aparmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Zərərçəkmiş şəxs N.E.Ələkbərov ilə eyni məzmunlu izahat verərək, məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Biləsuvar Rayon Polis İdarəsi X17 Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük hüququnun olub-olmaması X17 Şöbəsinin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, onun avtomobili idarə etmək üçün sürücülük hüququ vardır lakin, texniki nəqliyyat vasitəsini idarə etmək üçün kateqoriyası müəyyən edən sənədi olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 Cəlilabad rayon şöbəsinin 11 dekabr 2024-cü il tarixli, 490 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs başın sağ gicgah nahiyəsində əzilmiş yara müəyyən olunan bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 07 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Avtomobilə görüləcək işlərin hesablanmasına dair” ziyan aktından görünür ki, “Opel Astra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin bazar qiyməti 7553 manat müəyyən olunur. Avtomobilə dəymiş zərər ümumilikdə 7553 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-86/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-86/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver