Məhkəmə qərarları › İş №3(022)-862/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-862/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-862/2023 23.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1990-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, heç bir yerdə işləməyən, 29 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə edilmiş, həmin cəriməni ödəmiş, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 avqust 2023-cü il tarixdə, saat 20:30 radələrində “Kamaz 6520 Yük” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, Biləsuvar şəhərində yük daşıma qaydalarını və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yolunda təkrar idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis X4 X5 Patrul Xidməti inspektoru X1 tərəfindən 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 353.5-ci maddələri ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilən xüsusatları etiraf edərək və inzibati xətaları törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, 29 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatiı xətanı törətdiyinə görə 600 manat cərimə olunmasına baxmayaraq, 12 avqust 2023-cü il tarixdə, saat 20:30 radələrində özünə məxsus “Kamaz 6520 Yük” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İmişli rayonda qum karxanasından qum yükləyib, Biləsuvar rayonu ərazindən keçərkən, Biləsuvar Rayon Polis əməkdaşları tərəfindən saxlanılmış və avtomobili tərəzidə çəkilərkən avtomobilə çəkidən artıq yük yüklənilməsi aşkar olunmuşdur. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, yeganə peşəsinin sürücülük olmasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlindən peşman olmasını, ailəsini dolandıran yeganə şəxs olması və yeganə peşəsinin sürücülük olmasını məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 353.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 327.1 və 353.5-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 353.5-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.5maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilininb nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar