Məhkəmə qərarları › İş №3(022)-864/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-864/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-864/2023 18.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1996-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Çaylı kəndində qeydiyatda olan, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, 14 saylı evdə yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 17 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində Biləsuvar şəhəri ərazisində ictimaı qaydanı pozaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs 17 avqust 2023-cü il tarixdə, saat 21:30 radələrində, Biləsuvar şəhəri ərazisində cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 18 avqust 2023cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş R.B.Kazımzadə izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 17 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları X8 və X1 şəhəri ərazisində xidmət olarkən, əvvəllər tanımadıqları Şəxs uca səsələ nalayiq ifadələr işlədərək digər vətəndaşların narazılığına səbəb olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq onu qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Həmin şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaq polis əməkdaşlarının ünvanında söyüşlər söyərək onların üzərinə hücüm çəkmiş və müqavimət göstərmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək sonuncunu Biləsuvar rayon Polis Şöbəsinə gətirmişlər. Həmin şəxs Biləsuvar rayon Polis Şöbəsinə gətirildikdən sonra onun Biləsuvar şəhər sakini, xx xxxx 1996-cı il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, H.Aslanov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. 17 avqust 2023-cü il tarixdə, saat 21 radələrində, Biləsuvar şəhərində, “Uğur market” ticarət mərkəzinin qarşısında tanışı ilə onun arasında mübahisə yaranmış və mübahisə zamanı o, əsəbləşərək ucadan söyüşlər söydüyünə görə polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz hərəkətlərinə son qoymasını və onunla birlikdə Biləsuvar rayon polis şöbəsinə getməsini tələb etmişlər. O, isə sərxoş olduğu üçün polis əməkdaşlarından onu buraxmalarını xahiş edərək, əvvəlcə post-patrul avtomobilinə minmək istəməsə də, sonradan könüllü olaraq polis avtomobilinə əyləşərək Biləsuvar rayon Polis Şöbəsinə məcburi qaydada gəlmişdir. O, əməlindən peşimandır və bir daha belə hərəkətlərəyol verməyəcəyini vəd edərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 oğlu izahatında bildirdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. 17 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar şəhəri, ərazisində polis əməkdaşı S.Ə.Əliyevlə xidmət olarkən, Biləsuvar şəhəri ərazisində, “Uğur market” ticarət mərkəzinin qarşısında, xeyli insanın toplaşdığını və əvvəllər tanımadıqları Şəxs uca səslə nalayiq ifadələr işlədərək, kiminləsə mübahisə və münaqişə etdiyini aşkar etmişlər. Həmin vaxt onlar hadisə yerinə toplaşmış şəxslərin Şəxs sakitləşdirməyə və saxlamağa çalışdıqlarını, həmin şəxsin isə ucadan söyüş söyməklə insanların üzərinə hücum etdiyini görüb, Şəxs yaxınlaşaraq ondan qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Şəxs isə onların qanuni tələblərinə məhəl qoymayaq onlar barədə də söyüşlər söyərək üzərlərinə hücüm çəkmiş və müqavimət göstərmişdir. Buna görə də onlar həmin şəxsə qarşı fiziki güc tətbiq edərək sonuncunu Biləsuvar rayon Polis Şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 şahid X5 izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs cavanlığını və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, həbsin əvvəli tutulduğu vaxtdan, yəni 17 avqust 2023-cü il tarixdən saat 21:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 17 avqust 2023-cü il tarixdən saat 21:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar