Məhkəmə qərarları › İş №3(022)-868/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-868/2023

19.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-868/2023 19.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X9 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 18 avqust 2023-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ictimai qaydanı kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X11 göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə Biləsuvar RPŞ-nin İƏQ-nin tərkibində olan zaman Biləsuvar rayon Xırmandalı kənd sakini X4 DİN-in “102” xidməti zəng mərkəzinə Ramil və Nurlan adlı şəxs tərəfindən döyülməsi ilə bağlı müraciət etmişdir. Müraciətlə əlaqədar Biləsuvar rayon Xırmandalı kəndində hadisə yerinə getmiş və həmin yerdə Şəxs və Nurlan Həsənov şikayət edən şəxs Biləsuvar rayon Xırmandalı kənd sakini X4 ünvanına nalayiq ifadələr işlətmişlər. Eyni zamanda onu və hadisə yerində olan İƏQ-nin digər üzvü olan RPŞ-nin NH-nin sürücüsü polis baş serjantı X5 və oraya gələn RPŞ-nin PPXB-nin polis nəfərlərini nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Hadisə yerini mühafizə edərək ictimai qaydanı qoruyan zaman sərxoş halda olan Biləsuvar rayon Xırmandalı kənd sakinləri Şəxs və Nurlan Həsənov ictimai qaydanı pozduqları üçün nizam intizama dəvət etsələr də onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar və hadisə yerindən uzaqlaşmaq istəyən zaman tərəflərindən fiziki güc tətbiq olunaraq barələrində qanuni tədbir görülməsi üçün RPŞ-yə gətirmişlər. Biləsuvar RPŞ-nin inzibatı binasının qarşısında olan zaman Şəxs və X2 halda yenidən nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik edərək ictimai qaydanı kobud şəkildə pozurmuşlar. Həmin şəxslər məsələni “kriminal dairələrdə” müzakirə edəcəklərini bildirərək dövlətin müəyyən etdiyi qanunları saymadıqlarını bildirmişlər. Eyni zamanda həmin şəxslər RPŞ-nin inzibati binasının həyətində olan zaman yenidən nalayiq sözlər işlədərək inzibati binanın inventar əşyalarına təpik zərbələri vurmuşlar. Daha sonra həmin şəxsləri ictimai qaydanı kobud şəkildə pozmaları və polisin qanuni tələbinə tabe olmadıqlarına görə barəsində müvafiq tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhfil vermişlər və orada məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayon Xırmandalı kənd sakini 1994-cü il təvəllüdlü Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, 18 avqust 2023-cü il tarixdə Xırmandalı kənd ərazisində olan zaman Vüsal Məmmədovla aralarında olan mübahisə ilə bağlı həmin şəxs onlardan polisə şikayət etdiyi üçün polis həmin əraziyə gəlmiş, o və dostu Nurlan içkili olmuşlar. Həmin vaxt onun bu hərəkətlərini görən polis işçiləri ona yaxınlaşmış, onu nizam intizama təklif etmişdir. O, həmin vaxt sərxoş olduğu üçün bərk əsəbləşmiş, ona görə də polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi və sərxoş olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı işkili olduğu üçün etdiyi hərəktlərin mahiyyətini dərk etmək iqtidarında olmadığını, hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. X1 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. 18 avqust 2023-cü il tarixdə Biləsuvar RPŞ-nin İƏQ-nin tərkibində olan zaman Biləsuvar rayon Xırmandalı kənd sakini X4 DİN-in “102” xidməti zəng mərkəzinə Ramil və Nurlan adlı şəxs tərəfindən döyülməsi ilə bağlı müraciətlə əlaqədar Biləsuvar rayon Xırmandalı kəndində hadisə yerinə getmiş və həmin yerdə Şəxs və Nurlan Həsənov şikayət edən şəxs Biləsuvar rayon Xırmandalı kənd sakini X4 ünvanına nalayiq ifadələr işlətmələri müəyyən olunmuşdur. Eyni zamanda onu və hadisə yerində olan İƏQ-nin digər üzvü olan RPŞ-nin NH-nin sürücüsü polis baş serjantı X10 və oraya gələn RPŞ-nin PPXB-nin polis nəfərlərini nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Hadisə yerini mühafizə edərək ictimai qaydanı qoruyan zaman sərxoş halda olan Biləsuvar rayon Xırmandalı kənd sakinləri Şəxs və X8 ictimai qaydanı pozduqları üçün nizam intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və hadisə yerindən uzaqlaşmaq istəyən zaman tərəflərindən fiziki güc tətbiq olunaraq barələrində qanuni tədbir görülməsi üçün RPŞ-yə gətirmişlər. Biləsuvar RPŞ-nin inzibatı binasının qarşısında olan zaman Şəxs və X2 halda yenidən nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik edərək ictimai qaydanı kobud şəkildə pozmuşlar. Həmin şəxslər məsələni “kriminal dairələrdə” müzakirə edəcəklərini bildirərək dövlətin müəyyən etdiyi qanunları saymadıqlarını bildirmişlər. Eyni zamanda həmin şəxslər RPŞnin inzibati binasının həyətində olan zaman yenidən nalayiq sözlər işlədərək inzibati binanın inventar əşyalarına təpik zərbələri ilə vurmuşlar. Daha sonra həmin şəxsləri ictimai qaydanı kobud şəkildə pozmaları və polisin qanuni tələbinə tabe olmadıqlarına görə barəsində müvafiq tədbir görülməsi üçün Biləsuvar RPŞ-nə apararaq növbətçi hissəsinə təhfil vermişlər. X19 Vilayətovuç X1 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan 18 avqust 2023-cü il tarixli AZA N 020180 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 18 avqust 2023-cü il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş və 19 avqust 2023-cü il tarixdə saat 11:45-də azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 avqust 2023-cü il tarixdən saat 13:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar