Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-871/2023 24.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 05 avqust 1964-cü ildə Biləsuvar şəhəridə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 23 avqust 2023-cü il tarixdə, saat 23:40 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində «Mercedes Sprinter» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman 1.1 üfüqi nişanlama xəttinin tələbini pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarının ondan sənədləri təqdim etmək tələbini icra etməyərək, polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş N.V.Baxşəli göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon X5 X6 Yol Patrul Xidmətinin inspektoru Rəşad Mirzəyev 23 avqust 2023-cü il tarixdə, saat 23:40 radələrində Biləsuvar şəhəri ərazisində xidməti fəaliyyətini icra edərkən 1.1 üfüqi nişanlama xəttinin tələbini pozan «Mercedes Sprinter» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan şəxsiyyəti məlum olan Şəxs saxla əmrini verimiş və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra R.B.Mirzəyev sonuncudan sənədləri təqdim etməsini istəmişdir. Lakin həmin şəxs R.B.Mirzəyevin qanuni göstərişlərinə məhəl qoymayaraq sənədləri təqdim etməkdən imtina etmiş və sonuncu ilə mübahisə etməyə başlamışdır. Daha sonra Şəxs avtomobilinə minərək həmin yerdən uzaqlaşmağa cəhd etmişdir. Polis əməkdaşları həmin şəxsi məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, Babək küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. 23 avqust 2023-cü il tarixdə Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində Biləsuvar rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları onun idarə etdiyi «Mercedes Sprinter» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermişlər. O da əmrə tabe olaraq avtomobili saxlamış, lakin nəqliyyat vasitəsindən yerə düşməmişdir. O, evə tələsdiyi üçün əsəbi olmuş və avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. O, bir qədər yol getdikdən sonra nəqliyyat vasitəsini saxlamış və avtomobildən enərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. O, mübahisə zamanı əsəbi olduğuna görə ünvansız nalayiq ifadələr istifadə etmişdir. Daha sonra polis əməkdaşları onların qanuni göstərişlərini icra etmədiyinə görə onu məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Biləsuvar rayon X5 X6 yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 23 avqust 2023-cü il tarixdə, saat 23:40 radələrində o, Biləsuvar rayon X5 X6 yol patrul xidmətinin inspektoru Əhməd Məmmədzadə ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən «Mercedes Sprinter» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Şəxs 1.1 üfüqi nişanlama xəttinin tələbini pozduğu üçün onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt o, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və qayda pozunutusunu sonuncuya izah etdikdən sonra sənədləri təqdim etməsini tələb etmişdir. Həmin şəxsi isə ona heç bir sənəd təqdim etməyərək onunla mübahisə etməyə başlamışdır. Bundan sonra Şəxs avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmağa başlamışdır. Bu hadisəni müşahidə edən Biləsuvar rayon Polis Şöbəsinin rəis müavini E.Əzizov Şəxs yaxınlaşmış, ondan polisə tabesizlik etməsinin səbəbini soruşmuşdur. Lakin Şəxs Biləsuvar rayon Polis Şöbəsinin rəis müavini ilə ucadan mübahisə etməyə, ictimai asayişi mühafizəsini həyata keçirən polisin nufuzun aşağılamağa yönəlik hərəkətlər etməyə başlamışdır. Buna görə də Biləsuvar rayon Polis Şöbəsinin rəis müavini baş vermiş məsələni aydınlaşdırmaq üçün Şəxs Biləsuvar rayon polis şöbəsinə dəvət etsələr də, Şəxs bundan nümayişkaranə şəkildə imtina edərək, həmin yerdən uzaqlaşmağa cəhd göstərmişdir. Buna görə də onlar Şəxs məcburi qaydada Biləsuvar ramyon polis şöbəsinə gətirmiş və növbətiçi hissəyə təhvil vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidli dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 avqust 2023-ci il tarixdən, saat 23:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-871/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-871/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver