Məhkəmə qərarları › İş №3(022)-872/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-872/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-872/2023 24.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) X2 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, barəsində bir il ərizində inzibati tənbeh olunmamış, Biləsuvar rayon Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2023 saylı 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2019-cü il tarixdə döğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 24 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhər Sabunçu Rayon Rayon Məhkəməsinin 2(008)-792/2023 saylı 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2019-cü il tarixdə döğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hal-hazırda alimentin vaxtında ödənilməməsi səbəbindən borclu Şəxsun 2840 manat aliment borcu yaranmışdır. Lakin borclu Şəxs Zərərçəkmiş şəxs olan borcunu ödəmir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2023 saylı 15 mart.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2019-cü il tarixdə döğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Hesab edir ki, pensiya kartı tələbkarda qaldığı üçün onun aliment borcu tələb olunan məbləğdə qalmamışdır. O, İİ qrup əlil olmaqla 327,22 manat pensiya alır, başqa qazanc yeri yoxdur. Ona görə də icra qaydasında onun pensiya kartından hər ay aliment borcunun tutulmasına heç bir etirazı yoxdur. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında borclunun onda olduğu müddət ərzində pensiya kartından borclunun kredit və digər borclarının ödənilməsi üçün istifadə edildiyini, hazırda isə pensiya kartının borclunun özündə olduğunu, icra qaydasında aliment borcunun ödənilməsi üçün tutulmaların kifayət etmədiyini, ona görə də borclunun aliment borcunun yarandığını göstərmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-792/2023 saylı, 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2019-cü il tarixdə döğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarına əsasən icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 gün müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs İİ qrup əlil olmaqla 327,22 pensiya alır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edirəm ki, İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar