Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-874/2023 28.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, boşanmış, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, 8 Mart küçəsi, 113 saylı evdə qeydiyyatda olan, Baki şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 838 saylı evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədinə əsasən Şəxs 25 mart 2010-cu il təvəllüdlü övladı X1, 31 mart 2011-ci il təvəllüdlü övladı X3 və 26 iyun 2016-cı il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 70 manat, yəni minimum əmək haqqı məbləğinin 0,38 misli miqdarında, cəmi 210 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Borclu icra vərəqələrində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 28 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədləri icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, 2023-cü ilin aprel ayının əvvəllərində Şəxs Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədi üzrə cəmi 822 manat məbləğində borcu yarandığına görə həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Həmin vaxt Şəxs qeyd edilən borcun 2022-ci ilə aid olduğunu, uzun müddətdir ki, aylıq aliment borcunu ödədiyini bildirmiş, yaranmış qalıq borcu, aylıq aliment borcuna əlavələr şəklində ödəyərək, qısa müddətdə tam yekunlaşdıracağını vəd etmişdir. Biləsuvar Rayon Məhkəməsi Şəxs 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli icra sənədi üzrə aylıq aliment ödənişlərini tam həyata keçirsə də, əvvəlki dövr üzrə yaranmış borcunu öz radəsindən asılı olmayan səbəblərdən bir dəfəyə və tam ödəyə bilmədiyini əsas tutaraq, Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam vermişdir. Tələbkar Zərərçəkmiş şəxs həmin qərardan apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsi Biləsuvar rayon Məhkəməsinin qeyd edilən inzibati xəta haqqında iş üzrə 14 aprel 2023-cü il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Şəxs isə ona yaradılmış imkanı düzgün dəyərləndirməyərək, 2023cü ilin aprel ayından sonra da yalnız aylıq aliment ödənişlərini ödəmiş, əvvəlki aliment borcundan heç bir ödəniş etməmişdir. Belə ki, F.A.Həhmədovun 14 aprel 2023-cü il tarixə aliment borcu 822 manat təşkil edirdisə, hazırki günə borc hətta 5 manat da artaraq, 827 manat olmuşdur. Çünki, Şəxs aliment borcunu sabit şəkildə deyil, bir ay 300 manat, digər ay isə təxminən 100 manat ödəməklə, yalnız aylıq ödənişlər üzrə borcun yaranmamasına çalışmışdır. O, Şəxs aliment üzrə yaranmış borcunu tam ödəyəcəyi barədə izahatlarını əsas tutularaq, həmin şəxsə kifayət qədər möhlət verilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə qalıq aliment borcunu ödəməkdən yayındığına görə o, həmin şəxs barəsində təkrarən inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Şəxs hal-hazırda 827 manat məbləğində aliment borcu vardır. Şəxs qalıq aliment borcunu hissə-hissə ödəyəcəyini yenə də vəd etsə də, həmin borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığınə göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 nömrəli qətnaməsinə əsasənda ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 210 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş və hal-hazıradək ümumilikdə 827 manat aliment borcu yaranmışdır. Belə ki, “Uber” şirkətində taksi sürücüsü kimi çalışsa da, bir neçə ay bundan əvvəl yol-nəqliyyat hadisəsi törətmiş, həmin qəza zamanı ayağından xəsarət almışdır. Buna görə də o, yalnız avqust ayının əvvəllərindən yenidən işə başlamışdır. Bu səbəbdən onun maddi vəziyyəti ötən 4 ay ərzində yalnız aylıq aliment ödənişləri həyata keçirməyə imkan vermişdir. Bununla belə o, Zərərçəkmiş şəxs olan qalıq aliment borcunu hissə-hissə ödəməyə razıdır. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(022)-596/2019 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 18 iyun 2019-cu il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 3 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən, saat 15:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-874/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-874/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver