Məhkəmə qərarları › İş №3(022)-876/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-876/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-876/2023 11.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X2 iclas katibliyi ilə, Şəxs, 04 dekabr 1954-cü ildə Biləsuvar rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli,Biləsuvar rayonu Nərimankənd bələdiyyəsinin sədri, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Nərimankənd bələdiyyəsinin sədri Mehdiyev X3 rayonu Nərimankənd bələdiyyəsinin mütləq təqdim olunmalı 01 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməmişdir. Buna görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə idarəsinin rəisi X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə 18 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Protokol tərtib etmiş İmişli Regional Ədliyyə İdarəsinin rəisi 06 sentyabr 2023-cü il tarixli 187 saylı məktubla Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayonu Nərimankənd bələdiyyəsinin sədri X1 barəsində 18 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla X1 inzibati xəta törətməsində təqsri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşin hallarını və X1 şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, B.Ə.Mehtiyevə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (Beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar