Məhkəmə qərarları › İş №3(022)-878/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-878/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-878/2023 31.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X14 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1990-cı il tarixdə Biləsuvar şəhəridə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən 26 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 30 avqust 2023-cü il tarixdə, saat 18:30-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində, avtovağzal ərazisində yerləşən çayxanada X1 hədələməsi və təhqir etməsi barədə şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra izahatının alınması məqsədi ilə Biləsuvar rayon polis şöbəsinə aparılması barədə tələbi icra etməyərək, polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, o, Biləsuvar Rayon Polis X4 Bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayonu, Xırmandalı kənd sakini X2 Biləsuvar rayon polis şöbəsində keçmiş yeznəsi Şəxs tərəfindən hədə-qorxu gəlinməsi və təhqir edilməsi barədə şikayəti daxil olmuşdur. Biləsuvar Rayon Polis Şöbəsinin X3 sahə polis nəfəri X8 və X9 30 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Biləsuvar şəhəri ərazisində xidməti fəaliyyətilərini icra edərkən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzal adlı ərazidə yerləşən çayxanada barəsində şöbəyə şikayət daxil olmuş Şəxs görmüşlər. Həmin polis nəfərləri Şəxs yaxınlaşaraq onun barəsində şikayət edildiyini və bununla bağlı Biləsuvar rayon polis şöbəsinə gələrək, izahat verməli olmasını izah etmişlər. Lakin Şəxs sərxoş vəziyyətdə olduğuna görə polis əmkdaşları ilə mübahisə etməyə başlamış və Biləsuvar rayon polis şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bundan başqa, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, həmin ərazidən uzaqlaşmağa cəhd etmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsi məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Həmin fakt əsasında da onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən 26 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. 30 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində, avtovağzalda yerləşən çayxanada oturduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, barəsində qayınanası X6 tərəfindən Biləsuvar rayon polis şöbəsinə şikayət verildiyini və buna görə də izahat vermək üçün şöbəyə gəlməli olduğunu bildirmişlər. O, həmin vaxt keçmiş qayınanası O.Ə.Sayılova ilə mübahisə etdiyinə görə əsəbi olmuş və içki içmişdir. Buna görə də sərxoş vəziyyətdə olmuşdur. O, sərxoş halda olduğuna görə polis əməkdaşlarına etiraz etmiş və Biləsuvar rayon polis şöbəsinə getməyəcəyini bildirərək, mübahisə etməyə başlamışdır. Bundan sonra isə o, həmin yerdən uzaqlaşmağa cahd etmişdir. Buna görə də polis əməkdaşları onların qanuni göstərişlərini icra etmədiyinə görə onu məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu, hadisə baş verdiyi zaman sərxoş olduğuna görə hərəkətlərinin mənsasını başa düşmədiyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin X3 sahə polis nəfəri vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə, saat 18 radələrində o, Biləsuvar rayon polis şöbəsinin əməkdaşı X9 ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev prospektində xidmətdə olduqları zaman avtovağzalda yerləşən çayxanada oturdmuş Şəxs görmüşlər və həmin şəxsə yaxınlaşaraq, barəsində keçmiş qayınanası O.Ə.Sayılova tərəfindən şikayət olduğunu və izahatının alınması üçün Biləsuvar rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Lakin Şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuş və onlarla mübahisə etməyə başlamış və heç bir yerə getməyəcəyini bildirmişdir. Bundan sonra isə Şəxs hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Buna görə də onlar Şəxs məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmiş və növbətiçi hissəyə təhvil vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxsa cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 30 avqust 2023-ci il tarixdən, saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar