Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-879/2023 31.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1993-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində inzibati tutma tətbiq edilmiş, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə müraciət etdiyinə görə, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları həmin müraciət əsasında dərhal Şəxs olduğu yerə gedərək, ondan müraciətlə bağlı ətraflı məlumat verməsini tələb etdikləri zaman Şəxs polis əməkdaşlarının xidməti fəaliyyətinin icrasına mane olmamaq barədə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş R.A.Əlizadə göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsində sahə rəisi vəzifəsində işləyir. O, 30 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun tərkibində xidmətdə olan zaman, həmin gün saat 23:30 radələrində Biləsuvar şəhər sakini Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə müraciət etmişdir. Sonucunun müraciəti əsasında o, Biləsuvar rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olan əməliyyat müvəkkili İbrahim Qurbanovla birlikdə sonuncunun olduğu yerə getmişlər. Onlar sonuncudan müraciəti ilə bağlı ətraflı məlumat verməsini tələb etmişlər. Lakin Şəxs sərxoş vəziyyətdə olduğu üçün onlarla mübahisə etməyə başlamışdır. Onlar dəfələrlə sonuncunu nizam intizama dəvət etmişlər. Lakin sonucu onların qanuni tələblərinə tabe olmamış və onları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna görə də onlar sonuncunu məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şəxs Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə gətirildikdən sonra başını inzibati binanın divarına çırparaq, özünə xəsarət yetirməyə cəhd etmişdir. Eyni zamanda polis əməkdaşları Şəxs sərxoşluq müayinəsindən keçməsi üçün Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparsalar da, Şəxs müayinə edən həkimin sertifikatının olmamasını bəhanə edərək, müayinədən keçməkdən imtina etmişdir. Eyni zamanda o, Şəxs izahat almaq istəsə də, sonuncu bundan imtina etmiş, təkrarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə zənglər etməyə başlamış, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə müraciət etmişdir. 30 avqust 2023-cü il tarixdə, saat 12:30 radələrində müraciəti əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Biləsuvar şəhəri ərazisində ona yaxınlaşaraq ondan müraciəti haqqında ətraflı məlumat verməsini tələb etmişlər. O, isə sərxoş olduğuna görə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onların ünvanına nalayiq ifadələr istifadə etmişdir. Daha sonra polis əməkdaşları onların qanuni göstərişlərini icra etmədiyinə görə onu məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Sonda Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin əməliyyat-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunda xidmətdə olan zaman, həmin gün saat 23:30 radələrində Biləsuvar şəhər sakini Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə müraciət etmişdir. Sonucunun müraciəti əsasında o, Biləsuvar rayon polis X1 bölməsində sahə rəisi vəzifəsində işləyən R.A.Əlizadə ilə birlikdə sonuncunun olduğu yerə getmişlər. Onlar sonuncudan müraciəti ilə bağlı ətraflı məlumat verməsini tələb etmişlər. Lakin Şəxs sərxoş vəzitəyyətdə olduğu üçün onlarla mübahisə etməyə başlamışdır. Onlar dəfələrlə sonuncunu nizam-intizama dəvət etdikdə sonucu onların qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə olaraq sonucu onları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna görə də onlar sonuncunu məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil verilmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 30 avqust 2023-ci il tarixdən saat 23:58-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-879/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-879/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver