Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-879/2024 23.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxx 1990-cı ildə Biləsuvar rayonunun, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı övladı olan fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan, X1 barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 23 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayonu M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın içərisində saat 11 radələrində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin inzibati xəta haqqında protokoldan görünür ki, Ə.T.Hacıyev barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda ona istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törədilmiş və həmin inzibati xəta haqqında protokola baxılması Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. S.X.Muradov bildirdi ki, vətəndaş X5 23 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayonu M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın içərisində saat 11 radələrində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onlara müqavimət göstərmiş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bundan başqa, X5 cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O,araşdırma zamanı Ə.T.Hacıyevin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o, Ə.T.Hacıyev barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. X5, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o bazarda uşaqları ilə birlikdə alış veriş edən zaman əlində olan zibil tullantısını yerə atmış, lakin həmin ərazinin təmiz olduğunu gördükdə əyilərək həmin zibili götürmüş. Bu zaman polis əməkdaşınının ona yaxınlaşdığını bildirərək onu şöbəyə dəvət etdiklərini bildirdi və bundan sonra o, polisə qarşı deyil özü-özünə qarşı nalayiq ifadələr işlətdiyini bildirdi. Sonda, Ə.T.Hacıyev barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş polis əməkdaşı X2 izahatında bildirdi ki, o, 23 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində xidmətdə olarkən, vətəndaş Ə.T.Hacıyevin əlində olan tum qırıntılarını yerə atdığını görmüş və ona yaxınlaşaraq bu cür hərəkətləri dayandırmağı tələb etmiş, Ə.T.Hacıyev isə nalayiq ifadələrlə mübahisə etməyə çalışdığı üçün polis şöbəsinə getməyini təklif etmişdir. Polis şöbəsində vətəndaşın yol verdiyi xətanın rəsmiləşdirilməsi məqsədilə protokol tərtib olunmuşdur. Şahid qismində dindirilmiş Hüseynov Sabir oğlu izahatında bildirdi ki, ərazidə xidmətdə olarkən, Ə.T.Hacıyevin yerə zibil atdığını görmüş və ona yaxınlaşaraq və ona yaxınlaşaraq bu cür hərəkətləri dayandırmağı tələb etmiş, bununla əlaqədar inzibati cərimə olunmaq üçün polis şöbəsinə getməyi təklif etmişdir. Bu zaman Ə.T.Hacıyev ona qarşı müqavimət göstərmiş, polisin qanuni tələbinə tabe olmamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X5 həmin tarixdə göstərilən ərazidə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin tələbləri pozulduğu üçün qanunvericiliyə uyğun olaraq toplanmış materiallar Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi və həmçinin şahidləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Ə.T.Hacıyevin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Ə.T.Hacıyevin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Ə.T.Hacıyevin himayəsində üç azyaşlı övladının olmasını, cavanlığını, əvvəllər inzibati xəta törətməsi səbəbindən məsuliyyətə cəlb olunmamasını İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə tərəfindən Ə.T.Hacıyevin əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində göstərilən, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin hallarını və Ə.T.Hacıyevin şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Ə.T.Hacıyevə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-879/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-879/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver