Məhkəmə qərarları › İş №3(022)-881/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-881/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-881/2023 04.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon X6 X7 dövlət avtomobil müfəttişi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1975-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, heç yerdə işləməyən, Biləsuvar rayonu, Çinarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 31 avqust 2023-cü il tarixdə, saat 08:30-da Biləsuvar rayonu, Bəydili kəndi ərazisindən keçən yolda nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu yolun sağ ehtiyat hissəsində dayandığı yerdən sağdan sola doğru manevr qaydasını pozaraq hərəkət etdirərkən, yolun digər zolağında əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla, nəqliyyat vasitəsinin qabaq hissəsi ilə «Mersedez Benz» markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol yan hissəsi ilə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, Biləsuvar rayonu, Çinarlı kəndində yaşayan Şəxs 31 avqust 2023-cü il tarixdə, saat 08:30-da, sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Mersedez Benz» markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Biləsuvar rayonu, Bəydili kəndi ərazisindən keçən yolun ehtiyat hissəsində dayandığı zaman yolun sağ ehtiyat hissəsində dayandığı yerdən sağdan sola doğru manevr qaydasını pozaraq, hərəkət etdirmək istədiyi zaman yolun digər zolağında, əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyatlı nişanlı minik avtomobilinin ön hissəssi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinə təxminən 4.300 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X3 bildirdi ki, Şəxs əvvəllər də sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyinə görə həmin şəxs barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırki inzibati xətanı törədərkən idarə etdiyi «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Şəxs bir neçə ay bundan əvvəl almışdır. Şəxs əvvəllər başqa nəqliyyat vasitəsini də sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar rayonu, Çinarlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobus etibarnamə əsasında ona məxsus olsa da, onun minik avtomobillərini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. 31 avqust 2023-cü il tarixdə, saat 08:30da o, Biləsuvar rayonu, Bəydili kəndi yolunda, sürücülük hüququ olmadan idarə etdiyi «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu yolun sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkət etdirmək istədiyi zaman hərəkət etdirmək istədiyi zaman yolun digər zolağında, əks istiqamətdə hərəkət edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və onun avtomaşının sol yan hissəsi ilə digər maşının ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. O, hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən həmin şəxsə ödəniləcəkdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və himayəsində bir övladının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 31 avqust 2023-cü il tarixdə, saat 08:30-da radələrində idarə etdiyi «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu, Bəydili kənd yolu ilə Xırmandalı kəndi istiqamətində hərəkətdə olduğu zaman qarşı zolaqda yolun kənarında dayanmış vəziyyətdə olan, sonradan adını bildiyi Şəxs idarə etdiyi «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobus qəflətən sola doğru manevr etmiş və nəticədə onu avtomoblinin ön hissəsi ilə sonuncunun nəqliyyat vasitəsinin sol yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində ona 4.355 manat məbləğində maddi ziyan dəymişdir və burədə onda qüsur aktı da vardır. Şəxs ona vurulmuş maddi zərəri ödəməsə də, «Mersedez Benz» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun icbari sığorta müqaviləsi olduğuna görə o, maddi zərərini icbari sığorta şirkətindən tələb edəcəkdir. Əgər icbari sığorta şirkəti ona vurulmuş maddi zərəri tam ödəməsə, o, qalan zərəri mülki qaydada məhkəmədə iddia qaldırmaqla, Şəxs tələb edəcəkdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs hal-hazıradək ona dəymiş maddi zərəri ödəməsə də, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulması həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «X2» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsünə maddi ziyan vurmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərini əsas tutaraq hesab edirəm ki, Şəxs hazırki halda yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxsə cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə Şəxs heç yerdə işləmədiyini və vurulmuş maddi zərərin ödənilməsi istiqamətində heç bir tədbir görmədiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxsə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən, saat 16:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar