Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-881/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1966-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayonu 8 Mart küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək, onun ünvanına nalayiq ifadələr işlədərək, təhqir etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. R.A.Əlizadə bildirdi ki, vətəndaş Şəxs 23 sentyabr 2024-cü il tarixdə Biləsuvar rayonu 8 Mart küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək, onun ünvanına nalayiq ifadələr işlədərək, təhqir etmişdir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o, Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o küçədə işləyən zaman yanında olan iş yoldaşları ilə söhbət etmişdir, Zərərçəkmiş şəxs ailəsini təhqir etməmişdir. Bu zaman Zaur ona yaxınlaşaraq onunla mübahisə etmişdir. Mübahisə zəminində şəraitlə əlaqədar ola bilər ki, nalayiq formada fikrimi ifafə etmişdir. Mübahisə bitdikdən sonra Zaur evinə, o da öz evinə getmişdir. Əməlindən peşman olduğunu bildirdi. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yas mərasimindən gəldiyi zaman evdə istirahət edirdi. Bu zaman evlərinin qarşısındakı küçəyə yerləşdirilmiş təhlükəsizlik kamerasından qaz idarəsinin əməkdaşlarını görmüş, kamerada Şəxs onun ailə üzvlərini təhqir etdiyini eşidəndə həyətə çıxaraq Şəxs ilə mübahisə etmişdir. Sonda Zərərçəkmiş şəxs barəsində inzibati protokol tərtib edilmiş şəxs ilə barışmadığını, şikayətçi olduğunu bidirdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: 23 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. 24 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən tərtib edilmiş protokola baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün, iş materialları baxııması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. 24 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əmirov X2 Zaur Alim oğlu ilə mübahisə edərək, onun ünvanına nalayiq ifadələr işlədərək, təhqir etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 1 ədəd CD diskə baxış keçirilərkən, Şəxs tərəfindən digər şəxslərlə söhbət zamanı iş üzrə prosessual tərəf olmayan bir şəxs barədə “arvadı masaj fəaliyyəti ilə məşğul olur“ ifadələrinin işlədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi, şahidi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs yaşını, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki Şəxs həmin tarixdə saat 17.00-da inzibati qaydada tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-881/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-881/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver