Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-882/2023 04.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1994-cü ildə Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olan, faktiki olaraq Biləsuvar şəhəri, Təyyarə Maydanı yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)-73/2023 nömrəli icra sənədinə əsasən 18 iyul 2016-cı il tarixdə doğulmuş X1 üçün Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru borclu Şəxs icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 04 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi 2023-cü ilin aprel ayında onun icraatına daxil olmuşdur. İcra sənədi icraatda olduqdan sonra borclu icra şöbəsinə dəvət edilərək, Şəxs borcunu ödəmək təklif edilmiş, lakin Şəxs aliment borcundan hissə-hissə şəklində cəmi 450 manat ödəniş etmişdir. Şəxs icra sənədi üzrə ümumilikdə 1.750 manat məbləğində aliment borcu yarandığına görə o, tələbkarın şikayətlərini nəzərə alaraq, Şəxs barəsində axtarış elan etmiş, həmin şəxs Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gəldikdən sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tələbkar Zərərçəkmiş şəxs onun çağırışlarına gəlmədiyinə görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yalnız bundan sonra Zərərçəkmiş şəxs Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və Şəxs 04 sentyabr 2023-cü il tarixdə icra sənəddi üzrə tələbkara daha 500 manat məbləğində pul vəsaiti təqdim edərək borcunun müəyyən hissəsini ödəmiş, həmçinin bundan sonrakı vaxtlarda hər ay 200 manat aliment ödənişinə əlavə olaraq qalıq borcundan da hər au 100 manat ödəyəcəyini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə yazılı qaydada müraciət edərək, borclunun barəsində hər hansı inzibati məsuliyyət tədbiri görülməməsini xahiş etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)-73/2023 nömrəli icra sənədinə əsasən 18 iyul 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin uşağı saxlamaq hər iki valideynin öhdəliyi olduğuna görə o, ananın da uşağı saxlamaq vəzifəsini əsas götürərək məhkəmə tərəfindən ona təyin edilmiş 200 manat sabit pul məbləğində alimentin azaldılmasını tələb edərək, 150 manat kimi qəbul edilməsini də istəyə bilərdi. Buna baxmayaraq, o, övladının yaşayışını və maddi vəziyyətini nəzərə alaraq, 200 manat sabit pul məbləğində alimentin ondan tutulmasına razı olmuşdur. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş, aliment borcundan cəmi 450 manat ödəniş etmiş və nəticədə ümumilikdə 1.750 manat aliment borcu yaranmışdır. O, iş olduqda yalnız günəmuzd fəhlə kimi işləməklə maddi təminatını ödəyir. O, həmin icra sənədi icraata yönəldildikdən sonrakı müddətdə 450 manat məbləğində aliment ödəsə də, son vaxtlar onun maddi vəziyyəti ağır olmuş və Bakı şəhərinə iş axtarmaq üçün getmişdir. Buna görə də o, bir müddət məhkəmə qətnaməsini icra edə bilməmiş və tələbkara onun borcu yaranmışdır. Lakin o, bu gün, yəni 04 sentyabr 2023-cü il tarixə 500 manat məbləğində pul vəsaiti toplayaraq aliment borcunu ödəmək məqsədi ilə tələkara təqdim etmişdir. Onun barəsində axtarış qərarı verilsə də, o, özü könüllü şəkildə polis əməkdaşlarına özünü təqdim etmişdir. O, bundan sonra hər ay 200 manat sabit pul məbləğində alimentdən əlavə, həmçinin uşağının yaxşı şəraitdə yaşaması üçün hər ay 100 manat da tələbkara ödəyəcəyinə söz verir. Sonda, Şəxs ona borcunun qalıq hissəsini qaytarması üçün şərait yaradılması məqsədilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)-73/2023 nömrəli icra sənədinə əsasən 18 iyul 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Borclu bir neçə aydır ki, ona olan aliment borcunu ödəməmiş və buna görə də o sonuncu barəsində şikayət etmişdir. Lakin bu gün, yəni 04 sentyabr 2023-cü il tarixdə Şəxs ona olan borcundan 500 manat ödəmiş və qalıq borcunu ödəyəcəyini vəd etmişdir. Buna görə də onun Şəxs şikayətçi deyil. O, həmin şəxsin aliment öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmadığını hesab edir. Buna görə də o, Şəxs inzibati məsuliyyətinə cəlb edilməməsini və həmin şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə icra sənədi üzrə tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)-73/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 20 aprel 2023-cü il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)-73/2023 saylı icra sənədini üzrlü səbəblərdən tam icra etməmiş Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(022)- 73/2023 saylı icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-882/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-882/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver