Məhkəmə qərarları › İş №3(022)-884/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-884/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-884/2023 07.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1977-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış evli, himayəsində 4 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2014-cü il tarixli, 2(022)-242/2014 saylı icra sənədinə əsasən Şəxs 11 fevral 2014-cü il tarixdən başlayaraq, hər ay sabit pul məbləğində hər uşağa 70 manat olmaqla, cəmi 210 manat tutulub, 23 mart 2004-cü il tarixdə doğulmuş Mələkxanım, 11 mart 2006-cı il tarixdə doğulmuş Gülnarə və 15 yanvar 2008-ci il tarixdə doğulmuş Sadıq adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 07 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2014-cü il tarixli, 2(022)-242/2014 saylı icra sənədi üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17 aprel 2014-cü il tarixdə icraat başlanılmış və həmin sənəd üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək sonuncuya borcunu ödəməsi təklif edilmiş, lakin o, müxtəlif bəhanələrlə icradan yayınmışdır. Buna görə də borclu barəsində 16 avqust 2018-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 3(022)-191/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 3(022)-122/2018 saylı qərarı ilə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin barəsində görülmüş bütün tədbirlərə baxmayaraq Şəxs icra sənədini icra etməkdən yayınaraq, ötən müddət ərzində aliment borcundan tam ödəniş etməmiş və icra sənədini icra etməməsi nəticəsində sonuncunun 2.940 manat məbləğində aliment borcu yaranmışdır. Bununla yanaşı, bir müddət bundan əvvəl Şəxs barəsində aliment tələbi ilə bağlı yeni icra sənədi də etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur və həmin icra sənədi üzrə aylıq aliment məbləği 240 manat təşkil edir və Şəxs həmin icra sənədi üzrə də heç bir ödəniş etməmişdir. Lakin həmin icra sənədi üzrə prosessual müddətlər bitmədiyi üçün o, inzibati xəta haqqında protokolda qeyd edilən icra sənədininin icra edilməməsini inzibati xəta kimi qeyd etməmişdir. Beləliklə, E.V.Məmmədov görülmüş bütün məcburi icra tədbirlərindən nəticə çıxarmamış, əksinə yaşayış və iş yerlərini qəsdən teztez dəyişməklə icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırmışdır. Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də onun tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, onun himayəsində yeni nikaha girdiyi arvadı vardır. O, əvvəllər müxtəlif işlərdə işləsə də, hazırda heç fəhlə işləyir. Buna görə də onun icra sənədi ilə müəyyən edilmiş aliment borcunu tam ödəməyə maddi imkanı çatmır. Bununla belə, o, vaxtaşırı olaraq uşaqlarına qeyri-rəsmi şəkildə maddi yardım göstərir. Söz verir ki, əgər ona möhlət verilərsə, aylıq aliment borcunu ödəməklə yanaşı, tələbkara olan 2.940 manat məbləğində qalıq borcunun da hissə-hissə ödənilməsini təmin edəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğu və himayəsində 4 uşağı olduğu nəzərə alınaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs hər vəchlə Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2014-cü il tarixli icra sənədinin icrasından boyun qaçırmağa və icra sənədinin icrasını təmin etməməyə çalışır. Belə ki, Şəxs barəsində iki dəfə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin şəxs 30 iyul 2014-cü il tarixdə və 16 avqust 2018-ci il tarixdə inzibati qaydada həbs edilmişdir. Lakin həmin tarixlərdən sonra da Şəxs aliment borcundan kiçik məbləğlərdə ödəniş etmiş və hazırda sonuncunun ona 3.500 manat məbləğindən artıq aliment borcu yaranmışdır. Bununla yanaşı Şəxs yenidən nikaha girmiş və ailə qurmuşdur. Buna görə də Şəxs maddi imkanının olmaması səbəbindən icra sənədini icra etməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, Şəxs maddi imkanı olmadığı halda 2-ci dəfə yenidən nikaha girməsi ağlabatan deyildir. Sonda, Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 mart 2014-cü il tarixli, 2(022)-242/2014 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 17 aprel 2014-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 4 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 07 sentyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar