Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-884/2024 25.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, boşanmış, himayəsində 3 uşağı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, C.İskəndərov küçəsində yerləşən 20 nömrəli evdə qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(022)-74/2024 saylı qətnaməsinə əsasən Şəxs 07 aprel 2008-ci il təvəllüdlü X3 və 10 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən 25 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə borclu Şəxs tələbkarın xeyrinə 2 uşağa görə hər ay cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədinə əsasən onun tərəfindən 01 mart 2024-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Həmin şəxsə borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu verdiyi bütün izahatlarda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam şəkildə ödəməyə imkanı olmadığını və işsiz olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. İcra sənədinin icraatda olduğu müddətdə Şəxs cəmi 140 manat məbləğində ödəniş etmişdir və bu fakt icra sənədi üzrə tələbkar tərəfindən də etiraf olunur. Borclu Şəxs müxtəlif vaxtlarda atası və qardaşı tərəfindən Zərərçəkmiş şəxs bank kartına ödənişlər edildiyini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmiş, tələbkar isə qeyd edilən xüsusatın yalan olduğunu bildirmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə tələbkara ödənilməmiş 2.720 manat məbləğində aliment borcu vardır. Borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığına görə yalnız polis əməkdaşları vasitəsilə Biləsuvar rayon icra və probasiya şöbəsinə gətirilmiş və izahatı alınmışdır. Hazırda Şəxs aliment borcunu hissə-hissə ödəyəcəyini yenə vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxsun yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonda, Ş.İ.İbrahimova borclu Şəxs barəsində qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs qıznın xeyrinə hər ay 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, həmin qətnaməyə əsasən onunla tələbkarın nikahından olan iki uşağının keçmiş arvadı Zərərçəkmiş şəxs, digər uşağının isə onun yanında qalması qət edilmişdir. O, uzun müddətdir ki, işsizdir və gəlir mənbəyi yoxdur. Buna görə də o, maddi vəziyyəti aşağı olduğu üçün aliment öhdəliyini yerini yetirə bilməmişdir. Həmçinin Şəxs məhkəmədə bildirdi ki, tələbkarla birgə nikahlarından doğulmuş uşağı Əlizadə Nihadın məhkəmə qətnaməsi ilə onun yanında qalması müəyyən edilsə də, o, Bakı şəhərində fəhləlik edərək, bacısının evində yaşadığına görə həmin uşaq onun valideynləri ilə birlikdə Biləsuvar rayonu Bəydili kəndində yaşamışdır. Məktəblərdə yay tətili başladıqdan sonra həmin uşaq qardaşlarını görmək üçün Bakı şəhərinə, anasının yanına getmiş və həmin vaxtdan sonra geri qayıtmamışdır. Həmin oğlu - X7 şəhərində hərbi litseyə qəbul edilsə də, orada təhsilini yarımçıq qoymuş və anasının yanına qayıtmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə sabit gəliri yoxdur və ayda cəmi 300-350 manat qazanc əldə edə bildir. Hazırda onun tələbkara yaranmış 2.720 manat məbləğində aliment borcunun böyük hissəsi icra sənədi verilən dövrədək, məhkəmədə boşanma işinə baxılan dövrdə yaranmışdır. Halbuki, həmin vaxt bütün uşaqları onun himayəsində yaşayırdılar. O, növbəti aydan başlayaraq aliment borcunu hissə-hissə ödəyəcəkdir. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(022)-74/2024 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 01 mart 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşmanlığını və himayəsində 3 uşağının olmasınıinzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə həmin şəxsin icra sənədi icraata qəbul edildiyi vaxtdan uzun müddət ərzində məhkəmə qətnaməsini icra etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə, inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə görə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq oluna bilməz. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(022)-74/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə borclu Şəxs yanında qalması müəyyən edilmiş, 10 oktyabr 2009-cu il təvəllüdlü X5 artıq 14 yaşı tamam olmuşdur və 15 yaşının tamam olmasına cəmi 15 gün qalmışdır. Bundan başqa, borclu Şəxs məhkəmədə verdiyi izahatla müəyyən edildi ki, 10 oktyabr 2009-cu il təvəllüdlü X5 atası Şəxs yanında qalması müəyyən edilsə də, Şəxslə Zərərçəkmiş şəxs arasında nikah pozulduqdan sonra həmin uşaq faktiki olaraq babasının yanında, 2024-cü ilin yayından başlayaraq isə Zərərçəkmiş şəxs yanında yaşayır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 15:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-884/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-884/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver