Məhkəmə qərarları › İş №3(022)-887/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-887/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-887/2023 11.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1963-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respubikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 avqust 2023-cü il tarixdə, saat 11 radələrində, Biləsuvar rayonu, Dərvişli kəndində, yaşadığı evdə, gəlini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş və mübahisə zamanı sonuncunu üz nahiyyəsinə zərbə endirərək, sağ və sol yanaq nahiyyələrində, sağ kürək nahiyyəsində qançır, hər iki yanaq və burun-dodaq büküşü nahiyyəsində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 12 avqut 2023-cü il tarixdə Başıyev X3 Azərbaycan espublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərək, bacısı qızı Zərərçəkmiş şəxs baldızı və qayınansı tərəfindən döyülməsi barədə şikayət etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, baldızı və qayınanası tərəfindən döyülməsini bildirmişdir. Belə ki, 12 avqust 2023-cü il tarixdə, saat 11 radələrində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baldızı X4 və qayınanası Şəxs tərəfindən döyülmüşdür. Müraciətlə bağlı olaraq Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşları tərəfindən hadisənin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilməsi barədə protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırma ilə Zərərçəkmiş şəxs 12 avqust 2023-cü il tarixli müraciətində göstərilən xüsusat, yəni həmin gün saat 11 radələrində baldızı G.R.Babayeva və qayınanası Şəxs tərəfindən döyülməsi faktı öz təsdiqini tapsa da, lakin sonuncuların əməlləridə cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı yetirilmiş xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər olduğuna görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş və G.R.Babayevanın və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün iş materialları Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edərək və inzibati xəta törətməkdə özünü təqsirli bilərək, bildirdi ki, Zərərçəkmiş şəxs onun oğlu Həsrət Abasovun arvadıdır. Tərəflər 2016-cı ildə evlənmişlər və həmin tarixdən etibarən onun evində yaşayırlar. Lakin Zərərçəkmiş şəxs toydan 9 ay sonra əri ilə yola getmədiyinə görə evi tərk etdi və Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayan dayısı evində yaşamağa başlamışdır. Həmin vaxtdan 2 il 8 ay sonra o, gəlinini yenidən evə qaytarmışdır. Bundan sonra onun oğlu ilə gəlinin iki övladı olmuşdur. Sonralar Zərərçəkmiş şəxs evdə heç bir səbəb olmadan mübahisə yaratmış, ona və ya qayınatasına qayğı göstərməmişdir. 12 avqust 2023-cü il tarixdə, saat 11 radələrində o, həyətdə yemək bişirmiş, qızı X4 isə həyətdə paltarları yumuşdur. Həmin vaxt paltarların çirkli suyu həyətə axmış və Zərərçəkmiş şəxs əri Həsrəti çağıraraq, Gülərə paltarları bir daha həyətdə yumamasını bildirərək, onun ərinin ünvanına köbud ifadələr işlətmişdir. Buna görə də G.R.Babayeva ilə Zərərçəkmiş şəxs arasında mübahisə yarnmışdır. Mübahisə zamanı G.R.Babayeva Zərərçəkmiş şəxs üzünə cırmaqla xəsarət yetirmişdir. Həmin vaxt o, tərəfləri ayırmaq istəmiş, lakin Zərərçəkmiş şəxs onu söymüşdür. O da əsəblərinə hakim olmayaraq, Zərərçəkmiş şəxs əlində olan rezin parçasını atmışdır. Həmin rezin parçası Zərərçəkmiş şəxs üz nahiyyəsinə dəymişdir. Bundan sonra o, oğlu H.R.Abasovun köməyi ilə tərəfləri ayırmış və oğlu arvadını evə aparmışdır. Həmin dava-dalaş təxminən 15 dəqiqə davam etmiş və ətrafdan heç kim mübahisəyə şahid olmamışdır. Sonda, Şəxs əməlindən, yəni Zərərçəkmiş şəxs üz nahiyyəsinə rezin ataraq, sonuncuya xəsarət yetirməsinə görə peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2016-cı ildə Biləsuvar rayonu, Dərvişli kəndində yaşayan X5 ilə evlənmiş və həmin vaxtdan etibarən sonuncunun ailəsi ilə birgə yaşamağa başlamışdır. Lakin baldızı G.R.Babayeva onu yola verməmiş və o, 9 ay sonra evi tərk edərək, dayısının yanında yaşamağa başlamışdır.Bundan 2 il 8 ay sonra isə o, əri ilə barışmış və yenidən birlikdə yaşamağa başlamışlar. O və əri ayrı evə köçsələr də, G.R.Babayeva da onlarla yaşamağ başlamış və ona həmin evin yalnız bir otağından və mətbəxində istifadə etməyə ona icazə vermişdir. Həm qayınanası Şəxs, həm də onun baldızı G.R.Babayeva onun ailəsini dağıtmağa çalışmışlar. Sonuncu dəfə 12 avqust 2023-cü il tarixdə, saat 11 radələrində G.R.Babayeva həyətdə paltar yuduğu zaman bütün suyu həyətə tökmüşdür. O da əsəbiləşərək, G.R.Babayeva bir daha belə hərəkət etməməsini bildirərək irad tutmuşdur. Həmin vaxt G.R.Babayeva onu və yanında olan onun anasını söyərək onun üzərinə hücum etmiş və köynəyini əynindən cırıbçıxarmışdır. Bundan sonra isə Şəxs əlində olan çay daşını onunun üzünə atmışdır və hər ikisi onu yerə yıxıtmış və nalayiq ifadələrlə onu təhqir etməyə başlamışlar. Daha sonra əri X5 onları ayırmışdır. O, baş vermiş hadisə barədə dayısı Baxşıyev Azər BabAxan oğluna zəng vasitəsi ilə məlumat vermişdir. Hadisə barədə onun dayısı A.B.Baxşıyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət etmişdir. Sonda, Zərərçəkmiş şəxs Şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi və həmin şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs yaşını, əməlindən səmimi peşman olmasını və hadisələrin təsadüfi axarı zəminində yaranmış mübahisə zəminində inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halları, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar