Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-889/2023 20.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Salyan rayonunda anadan olmuş, evli, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 az yaşlı uşağı olan, bir il müddətinə eyni inzibati xəta üzrə izibati məsuliyyətə cəlb olunmamış, Salyan rayonu Dayıkənd kəndində yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 23:55 radələrində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla «Kamaz 55111 yük» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə narkotik vasitəsini istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar şəhər ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş və nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərə əməl etməmişdir. Buna görə də Biləsuvar Rayon Polis X3 X5 Patrul xidmətinin inspektoru X1 tərəfindən 06 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.1, 333-1.1 və 342.2.2-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilərək və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, Salyan rayonu Dayıkənd kəndində yaşayır. Ailəsində yeganə qazanc gətirəndir. O, 06 sentyabr 2023-cü il tarixdə saat 23:55 radələrində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla «Kamaz 55111 YÜK» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitəsini istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək, Biləsuvar şəhər ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş və nəqliyyat vasitəsinə texniki vəziyyətinə dair tələblərə əməl etməmişdir.Sonda Şəxs əməlindən peşman olduğunu bildirib,ona yüngül inzibati tənbeh cəzasının verilməsini xahiş etdi. İnzxibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını və barəsində inzibatə xəta haqqında iş aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1 və 342.2.2-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 333-1.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 327.1, 333-1.1 və 342.2.2-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 333-1.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə 600(altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-889/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-889/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver