Məhkəmə qərarları › İş №3(022)-897/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-897/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-897/2024 09.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1, xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi sahibkarlıq obeyktində satıcı işləyən, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 21 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində, xarici işıq cihazları nasaz vəziyyətdə olan «VAZ 21074 minik» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu ərazisində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, lakin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis X7 Polis Bölməsi yol patrul xidməti baş inspektoru X4 tərəfindən 22 sentyabr 2024-cü il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol göstərilən xüsusatları etiraf edərək və inzibati xətanı törətməkdə, özünü təqsirli bilərək, göstərdi ki, o, «VAZ 21074 minik» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, 20 sentyabr 2024-cü il tarixdə dayısı oğlu ilə birgə nahar edərkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin gecə, saat 02-radələrində, «VAZ 21074 minik» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri Heydər Əliyev prospektində, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərkən, yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və ağzından iy gəldiyinə görə sərxoşluq müayinəsinə cəlb edilmişdir. Müayinə zamanı onun avtomaşını sərxoş idarə etməsi müəyyən edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Şəxs əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirləri tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 21 sentyabr 2024-cü il tarixli 933 saylı aktdan görünür ki, X3 yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını və himayəsində 2 uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-nin 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və M.C.Baxşıyevin şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün M.C.Baxşıyevin inzibati cərimə növündə inzibati tənbeh kifayət etmir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından görünür ki, M.C.Baxşıyevin adına verilmiş AE447921 saylı sürücülük vəsiqəsi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi həmin Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə görə isə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edirəm ki, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 gün ərzində onun adına verilmiş sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbələrinə və ya Biləsuvar rayon polis şöbəsinə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 gün ərzində AE447921 saylı sürücülük vəsiqəsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qeydiyyatimtahan və texniki baxış şöbələrinə və ya Biləsuvar rayon polis şöbəsinə təqdim etmək X2 həvalə edilsin. X2 izah edilsin ki, AE447921 saylı sürücülük vəsiqəsini müvafiq dövlət orqanına təqdim etmədikdə, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar