Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-899/2023 14.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1994-cü ildə Biləsuvar rayonu Ağayrı kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Biləsuvar rayonu Günəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində, nəqliyat nasitəsinə sahiblik hüququ olan şəxs həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan və nəqliyyat vasitəsini idarə etmək hüquq olmadan, narkotik vasitələrdən istfiadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Khazar LX” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar şəhəri, H.Əliyev küçəsində, əks istiqamətli hərəkət zolağına çıxartmaqla manevr etmə qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 334-1.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki, o, “Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında alsa da, maddi imkanı olmadığı üçün həmin avtomobili öz adına rəsmiləşdirməmişdir və ona verilmiş etibarnamənin müddəti artıq bitmişdir. O, təxminən 20 gün bundan əvvəl narkotik vasitədən istifadə etmişdir. O, 11 sentyabr 2023cü il tarixdə, saat 17:30 radələrində “Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan zaman yol polis əməkdaşı ona saxla işarəsi vermişdir. Buna görə o, idarə etdiyi avtomobili saxlamış və keçirilmiş yoxlama zamanı onun narkotik vasitədən istifadə etməklə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, o, əvvəllər həmin nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati cərimələr tətbiq edilmişdir. Maddi imkanı olmadığına o, həmin cərimələri ödəməmişdir və buna görə də Biləsuvar rayon Məhkəməsinin qərarları ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. O, həmin qərarları alsa də, sürücülük vəsiqəsini X5 orqanına təhvil verməmiş və avtomobili idarə etməyə davam etmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 göstərdi ki, o, Biləsuvar Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir. Biləsuvar Rayon Polis Şöbəsinin daxili iş bölgüsünə əsasən o, 11 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində, iş yoldaşı R.B.Mirzəyevlə birlikdə, Biləsuvar şəhəri ərazisində xidməti vəzifəsini icra edərkən, “Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxartmaqla manevr etmə qaydalarını pozduğunu aşkar etmişdir. Bununla əlaqədar həmin avtomobilin sürücüsünə saxla işarəsi verilmiş və qeyd olunan avtomobil saxlatdırılmışdır. Bundan sonra keçirilmiş yoxlama zamanı “Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Şəxs olduğu müəyyən edilmişdir. Şəxs hərəkətləri qeyri-adekvat və gözlərində qızartılar olduğuna görə Şəxs sərxoşluğunun yoxlanılması qərara alınmışdır. Yoxlama zamanı Şəxs həmin avtomobili narkotik vasitələrdən istfiadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Həmçinin portala baxış zamanı müəyyən edilmişdir ki, Şəxs “Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. Buna görə də Biləsuvar Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru R.B.Mirzəyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 334-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 334-1.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən götürülmüş tədqiqat nümünəsində narkotik vasitə və həmin şəxsin narkotik vasitələrin istehlakı nəticəsində sərxoşluq vəziyyəti aşkar edilmişdir. Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 3(022)- 493/2022 saylı və 05 oktyabr 2022-ci il tarixli, 3(022)-541/2022 saylı qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində müvafiq olaraq 6 ay və 8 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə isə Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin 14 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Şəxs sürücülük vəsiqəsini təqdim etmədiyinə görə Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 3(022)-493/2022 saylı və 05 oktyabr 2022-ci il tarixli, 3(022)-541/2022 saylı qərarları hal-hazıradək icrasız qalmışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 334-1.1-ci maddsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXMnin 327.2, 332.1 və 334-1.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 334-1.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 334- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə Şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs hissəsində dərhal icra edilsin. Şəxs adına verilmiş AE ******* nömrəli sürücülük vəsiqəsi Biləsuvar rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 3(022)-493/2022 saylı və 05 oktyabr 2022-ci il tarixli, 3(022)-541/2022 saylı qərarlarının icrası qaydasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-899/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-899/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver