Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-9/2025 21.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, təqdimat vermiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokurorluğunun nümayəndəsi X6, vəsatət vermiş şəxs Biləsuvar rayon Polis şöbəsinin İstintaq bölməsinin (Biləsuvar RPŞ İB) müstəntiqi X7, təqsirləndirilən şəxs X2 və və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili X8 zərərçəkmiş şəxs X13 iştirakları ilə, xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 25 yanvar 2025-ci il tarixdə tutma tətbiq olunmuş X2 haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X7 vəsatətinə toplanmış ilkin sübutlarla birlikdə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis kapitanı X7 vəsatəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi ilə təqsirləndirilən X2 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroru Ramin Nağdəliyev təqdimat vermişdir. Təqdimatdan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 25 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayonu, Aranlı kəndi ərazisində hərəkətdə olan Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində X9 heç bir səbəb olmadan X13 üzərinə hücum edərək özü ilə gətirdiyi bıçaqla “sol qoltuq altı nahiyəsində kəsilmiş-deşilmiş yarası” ilə nəticələnən xəsarətlər yetirməsi barədə sonuncunun Biləsuvar RPŞ-nə ünvanladığı ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar olmuşdur. İstintaqla müəyyən edilmişdir ki, X9 25 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Biləsuvar rayonu, Aranlı kəndi ərazisində hərəkətdə olan Mercedes markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun içərisində, ictimai yerdə, Biləsuvar rayon Çinarlı kənd sakini X14 atası X10 xx.xx.2023-cü il tarixdə öldürməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, kənar şəxslərin olduğu yerdə X4 Vadər Cavid oğlunun ünvanına nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək onun üzərinə hücum edib özü ilə gəzdirdiyi istintaqla əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə etməklə Vadər Həmidlinin döş qəfəsinin sol yan nahiyəsinə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yan səthində 1 ədəd deşilmiş, kəsilmiş yarası və sol qol nahiyəsinə bir dəfə zərbə vuraraq sol bazu nahiyəsində kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aid xəsarətlər, sağ əlinin arxa tərəfinə də zərbə vuraraq sağ əlinin arxa nahiyəsinə iki ədəd kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə 5-10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə X9 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İlkin araşdırma zamanı X9 25 yanvar 2025-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə şübhəli bilinərək tutulmuş, 27 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs müstəntiq X16 vəsatəti müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, cəmiyyət üçün təhlükəli olması, cinayət qanunu ilə nəzərdə tutulmuş yeni cinayət əməlini törətmək, istintaq və məhkəmə orqanlarından qaçıb gizlənə bilməsinə, azadlıqda qalarsa istintaqın və məhkəmə baxışının normal gedişinə mane olması, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməmək və digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalları vardır. Buna görə də o, vəsatətin təmin olunmasını xahiş etmişdir. Təqdimat vermiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokurorunun nümayəndəsi X17 təqdimatın təmin edilməsini xahiş etmişdir. Vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs X9 məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bildiyini, lakin ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində həbs qətimkan seçilməsindən imtina olunmasını xahiş etmişdir. X1 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X19 izahat verərək vəsatətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdimat vermiş şəxsin nümayəndəsini, vəsatət vermiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi zəruridir. Belə ki, cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas verir: cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane olmaq. Həmçinin, prosessual məcburiyyət tədbirini tətbiq edərkən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini, törədilmə şəraitini, təqsirləndirilənin şəxsiyyətini və daimi yaşayış yerinin olmasını nəzərə alır. Bununla yanaşı, təqsirləndirilən şəxs iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növundə cəza təyin edilə bilən az ağır cinayətin törədilməsində ittiham olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində ona istinad edilən cinayətin törədilməsinə dair məhkəməni qane edə bilən məlumatlar mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» işi üzrə 30 avqust 1990-ci il tarixli qərarında göstərmişdir ki, «ağlabatan şübhə» anlayışı obyektiv müşahidəçi üçün cinayətin məhz müəyyən şəxs tərəfindən törədilməsini sübut edən faktların və məlumatların mövcudluğudur. Habelə, Avropa İnsan Hüquqları Məhkəməsi «X11rşı» işi üzrə 28 oktyabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, «şübhələri yaradan hallar cinayət təqibinin sonrakı mərhələsində şəxsin təqsirli bilinməsi və ya hətta ona qarşı ittihamın elan edilməsi üçün kifayət hallarla eyni dərəcəli olması mütləq deyil». Məhkəmə hesab edir ki, iş üzrə sübutlar təqsirləndirilən şəxsi ona istinad edilən cinayətlə bağlı edir və ona qarşı «ağlabatan şübhənin» yaranması üçün əsasdır. Habelə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə cinayət prosesini həyata keçirən orqandan gizlənməsi riskinin qiymətləndirilməsi üçün təyin oluna biləcək mümkün cəzanın ağırlığı şəxsin həbsdə saxlanılması üçün vacib elementlərdən biridir («İlijkov Bolqarıstana qarşı» və «Pançenko Rusiyaya qarşı» işləri üzrə qərarlar). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini az ağır cinayət törədilməsinə görə 3 ay həddində müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilməli, həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti faktiki həbsə alındığı andan hesablanmalıdır. Buna görə də məhkəmə hesab edir ki, X2 həbsdə saxlanma müddətinin başlanğıcı 25 yanvar 2025-ci il tarixdən, yəni faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 154 - 158, 446 - 448 və 452-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Təqsirləndirilən şəxs X2 haqqında 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilsin. Həbs etmənin əvvəli 25 yanvar 2025-ci il tarixdən hesablansın. Elan edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, vəsatət vermiş şəxsə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Qərarın icrası Biləsuvar rayon Poils Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində qərarı qəbul etmiş məhkəmə və ya həbsdə saxlama yeri müdiriyyətinin vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X24
Məhkəmə qərarları › İş №3(022)-9/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-9/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver